İğdırda Azərbaycan və Türkiyə bayraqları ilə Zəfər yürüşü keçirilib

Türkiyənin İğdır şəhərində Azərbaycan və Türkiyə qardaşlığına həsr olunmuş möhtəşəm yürüş keçirilib.
İğdır Valiliyinin və Qars Baş Konsulluğunun iştirakı ilə təşkil olunan yürüşdə 4 mindən çox insan Azərbaycan və Türkiyə bayraqları ilə küçələrə çıxaraq birlik və qardaşlıq nümayiş etdirib.
Yürüş Atatürk prospektindən, Zübeydə Xanım bulvarı və Heydər Əliyev parkının qarşısından başlayaraq Vali Yolu istiqamətində davam edib və həmin ərazinin sonunda başa çatıb.
Tədbir iştirakçıları əllərində dalğalandırdıqları iki ölkənin bayraqları ilə Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkiblər.
Minlərlə insanın qatıldığı yürüş iki qardaş xalqın ortaq dəyərlərinin, tarixi bağlarının və həmrəyliyinin nümayişi kimi yadda qalıb.
Məhəmməd,
Manera.az