manera.az
manera.az

Xalq şairinin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə | MANERA.AZ

Xalq şairinin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə | MANERA.AZ
Qazax rayon Mərkəzi Kitabxanasında Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. "Türk dünyasının Bəxtiyarı" adlı mərasimdə mədəniyyət işçiləri, rayon ziyalıları və ədibin fəal oxucuları iştirak ediblər.

MKS-nin direktoru Solmaz Babanlı çıxış edərək şairin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumilikdə türk dünyasının ədəbi aləmində xüsusi yeri və öz dəst-xətti ilə seçilən şairdir.

Vurğulanıb ki, Prezident İlham Əliyevin 14 yanvar 2015-ci il tarixli Sərəncamı" əsasən görkəmli ədəbin 90 illik yubileyi geniş şəkildə qeyd olunur.

Tədbirdə şairin sözlərinə yazılmış mahnılar səsləndirilib. Sonda qonaqlar "Türk dünyasının Bəxtiyarı" adlı kitab sərgisi ilə tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930