manera.az
manera.az

Ankarada Zəfər Gününə həsr olunmuş açıq dərs keçirilib və “Zəfər rəqsi” filmi nümayiş etdirilib

📅 15.11.2026 20:31

Ankarada Zəfər Gününə həsr olunmuş açıq dərs keçirilib və “Zəfər rəqsi” filmi nümayiş etdirilib

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Tədris Ocağında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş açıq dərs təşkil edilib.

Mərkəzdən manera.az-a verilən məlumata görə, dərsdə Qarabağ Zəfərinin tarixi əhəmiyyəti, Azərbaycan xalqının milli yaddaşında yeri, Vətən müharibəsində qəhrəman Ordumuzun şücaəti və xalqımızın birliyi haqqında tələbələrə məlumat verilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov və Azərbaycan dili müəllimi Dr. Şəhla İbişova çıxış edərək tarixi Zəfərin milli iradəmizin, birliyimizin və Vətən sevgimizin təntənəsi olduğunu vurğulayıblar.

Tələbələrin də fəal iştirak etdiyi açıq dərs çərçivəsində Azərbaycan kinematoqrafçıları tərəfindən çəkilmiş “Zəfər rəqsi” qısametrajlı filmi nümayiş etdirilib. Film ətrafında fikir mübadiləsi aparılıb, tələbələr Zəfər Gününün onlar üçün yaratdığı təəssüratları bölüşüblər.






Baxış sayı - 46 | Yüklənmə tarixi: 15.11.2026 20:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30