manera.az
manera.az

İstanbulda VI “Qorqud Ata” Türk Dünyası Film Festivalı başlayıb

📅 04.11.2026 08:44

İstanbulda VI “Qorqud Ata” Türk Dünyası Film Festivalı başlayıb
Türk dünyasının mühüm mədəniyyət tədbirlərindən biri olan VI “Qorqud Ata” Türk Dünyası Film Festivalının açılış mərasimi İstanbulda keçirilib.

Manera.az xəbər verir ki, mərasimdə TÜRKSOY-un Baş katibi Sultan Raev, türk dövlətlərinin mədəniyyət rəsmiləri və kino ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Noyabrın 7-dək davam edəcək festivalda 10 ölkə və 10 muxtar respublikadan ümumilikdə 56 film nümayiş olunacaq.

Azərbaycan festivalın müsabiqə proqramında “Tağıyev: Məktəb”, “Azıx mağarası” və “Torpağı sanı yaşayasan” filmləri ilə təmsil olunur.

Müsabiqədənkənar proqramda isə “Bir cənub şəhərində” bədii filmi və “Bakı Türkoloji Qurultayı – 100” sənədli filmi nümayiş etdiriləcək.

Festivalda Azərbaycanı kino sahəsinin nümayəndələri və Kino Agentliyinin əməkdaşlarından ibarət 20 nəfərlik heyət təmsil edir.

Açılış mərasimi qırğız rejissor Kanıbek Kalmatovun “Aytmatov” filminin nümayişi ilə başa çatıb.


Baxış sayı - 86 | Yüklənmə tarixi: 04.11.2026 08:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30