“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə ABŞ Ordusunun ehtiyatda olan polkovniki Liam Kollinz və mayoru Con Spenserin müəllifi olduqları “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (The War for Karabakh: Strategy, Technology, and Victory) kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə kitabın məzmunu və əsas ideyaları təqdim olunmaqla yanaşı, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin hərbi-strateji xüsusiyyətləri, müasir müharibələrin xarakterinə təsiri və bu uğurun arxasında dayanan milli güc amilləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələrdə Vətən müharibəsinin müasir hərbi strategiya, texnoloji imkanlardan istifadə, əməliyyatların planlaşdırılması və hərbi idarəetmə baxımından əhəmiyyəti diqqət mərkəzində olub.
Kitab Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbəyə hərbi-strateji və texnoloji aspektlərdən yanaşması, eləcə də Qarabağ müharibəsinin müasir hərb elmi kontekstində təhlili baxımından diqqət çəkir.
Təqdimat mərasimi Qarabağ müharibəsinin beynəlxalq hərbi ekspertiza müstəvisində öyrənilməsi və Azərbaycanın tarixi Qələbəsinin müxtəlif aspektlərinin elmi-analitik müzakirəsi baxımından əhəmiyyətli olub.