manera.az
manera.az

Xalq artisti İlham Əsgərov qəflətən dünyasını dəyişib | MANERA.AZ

Xalq artisti İlham Əsgərov  qəflətən dünyasını dəyişib | MANERA.AZ

Azərbaycanın görkəmli teatr və kino xadimi Akademik Milli Dram Teatrının aktyoru gözəl və məlahətli səs diapozuna malik olan, bir çox rolları ilə yadaşımızda həkk olan sənətkar Respublikanın Xalq Artisti İlham Əsgərov qəflətən dünyasını dəyişib.

Qeyd edək ki, İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.

Onun yaradıcılığının başlıca estetik mahiyyətini aşağıdakı rollar təşkil edir:

• Mirzə İbrahimov "Közərən ocaqlar" Əli,
• Hüseyn Cavid "İblis" Ərəb,
• Nəriman Həsənzadə "Atabəylər" Əbubəkir,
• Bəxtiyar Vahabzadə "Fəryad" Loğman və Əmir,
• Bəxtiyar Vahabzadə "Dar ağacı" Sabutay,
• Bəxtiyar Vahabzadə "Rəqabət" Nadir,
• İlyas Əfəndiyev "Büllur sarayda" Həbib,
• İlyas Əfəndiyev "Mahnı dağlarda qaldı" Nicat,
• İlyas Əfəndiyev "Sevgililərin cəhənnəmdə vüsalı" Anaşkin,
• İlyas Əfəndiyev "Tənha iydə ağacı" Doktor Altay,
• İlyas Əfəndiyev "Hökmdar və qızı" Məhəmməd xan,
• Uilyam Şekspir "Kral Lir" Fransa kralı,
• Hidayət Orucov "Bu dünyanın adamları" Nemət Səmədzadə,
• Süleyman Sani Axundov "Eşq və intiqam" Piri baba,
• Əli Əmirli "Mesenat" N.Nərimanov.

İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biridir.
Azərbaycan Dövlət Televiziyasında:

• Uilyam Şekspirin "İki veronalı" (Valentin)
• İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" (Valeh),
• Aslan Qəhrəmanovun "Səndən xəbərsiz" (Fərrux),
• Mar Bayciyevin "Ər və arvad" (Əziz),
• Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?" Fikrət,
• Mövlud Süleymanlının "Fatehlərin divanı" (Bilgə xaqan)
və s. teletamaşalarında müxtəlif xarakterli obrazlara səhnə ömrü verib.

Allah rəhmət eləsin, məkanı cənnət olsun!

Turan Etibaroğlu
MANERA.AZ







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930