manera.az
manera.az

Murad Köhnəqalaya və Ağalar Məmmədova demək istəyirəm ki... | MANERA.AZ


Murad Köhnəqalaya və Ağalar Məmmədova demək istəyirəm ki... | MANERA.AZ
Ulucay Akif
manera.az
Bu yaxınlarda bir sıra yazıçı, filosof olduğunu bildirən bəzi insanların Nizami Gəncəvi, Füzuli, Hüseyn Cavid kimi dahilərimizi tənqid etməyə çalışdıqlarını görürəm. Bu siyahıya "filosof" Ağalar Məmmədov, "yazıçı" Murad Köhnəqala və adları yadımda qalmayan bir iki şəxs daxildir. Əlbəttə, tənqid bütün sahələrdə olduğu kimi inkişafa təkan verən bir amildir.

Bir gün dahi rus tənqidçisi Belinskidən soruşurlar:

- Siz özünüz bir əsər yazıb ortaya qoymamısınız, amma bütün yazıçıları tənqid, bütün əsərləri təhlil edirsiniz. Sizcə bu nə qədər düzgündür?
Belinskinin cavabı belə olur:

- Mən yumurtlaya bilmirəm, amma yumurtanın dadını toyuqdan daha yaxşı bilirəm. Bizim dərdimiz isə odur ki, heç yumurtanın dadını bilməyənlər tənqidçi kimi çıxış edir. Tənqidlə təhqirin səhv salınması isə böyük bir faciədir.

Başlayım elə filosof olduğunu deyən Ağalar Məmmədovun "tənqid"lərindən... Etdiyi tənqidlərin heç birində filosof olaraq çıxış etməyən bu adam ancaq dil problemlərinə toxunub ki, bu da filosofların yox, filoloqların işidir. Bir ədəbiyyatçını tənqid edəcəksənsə, hələ-hələ bir filosof kimi tənqid edəcəksənsə, gərək əsərdəki hansısa fikiri, əsərin məğzini, yazıçının dediklərini tənqid edəsən. Mən bunu Ağalar Məmmədovun "tənqidlərində" görmədim. Hətta tənqidlə təhqirin nə olduğunu qarışdırıb Hüseyn Cavidə qulbeçə deyən bu şəxs bundan sonra yüzlərlə belə yazı yazsa da Hüseyn Cavidin "İblis"inin belə yanından keçə bilməz. Ağalar məmmədova gec cavab yazmağımın əsas səbəbi isə o oldu ki, həmin bu "tənqidləri" oxuduqdan sonra Ağaların yaradıcılığını araşdırmağım oldu. Dedim "Bəlkə nəsə yazıb mənim xəbərim yoxdu?". Amma inanın ki, bioqrafiyasında gördüyüm təkcə "Alman fəlsəfəsini alman dilində oxumuşam" deməsi oldu. Alman dilini bilməyini və Nitşeni, Freydi oxumasını əlinə düşən hər fürsətdə qeyd eliyən bu şəxs axı bir dəfə də olsun tənqidlərində fəlsəfi fikir səsləndirmədi.

Ərəb, fars dillərindən istifadə etdiyini deyərək tənqid etdiyi Nizami və Fizuliyə gəldikdə isə. Oxuduğu həmin Nitşelərin, Freydlərin fəlsəfi nəzəriyyələri əsrlər öncə Nizaminin, Fizulinin əsərlərində əksini tapmışdır. Əgər filosofsansa buyur həmin bu dahilərin bir fəlsəfi fikrini tənqid elə, görüm gücün çatırmı. Sənin fəlsəfən Fizulinin hansısa əsərini tənqid eləmək nədi, heç Şikayətnamədə dediyi "salam verdim rüşvət deyil deyə almadılar" fikrini qavramağa, tənqid etməyə çatmaz. Hansısa bir elm sahəsinin, ya da bir peşə sahibinin dahiliyi onun həmin elmə, həmin sahəyə gətirdiyi yenilikdə, hansısa kəşfdədir. Dahi rus şairi və yazıçısı Puşkin "Yevgeniy Oneqin" romanında rus ədəbiyyatı üçün yenilik etmişdi. O romanı şeirlərlə yazmışdı, roman başdan ayağa kimi şeir formasında idi. Nizami Gəncəvi isə böyük "Xəmsə"sini bu formada yazaraq dünya ədəbiyyatında bu yeniliyi etmişdi, həm də Puşkindən 7 əsr öncə. Dil həmişə inkişafdadır, başqa dillərdən sözlərin də dilimizə daxil olması normal haldır.

Dahi ingilis şairi, yazıçısı Şekspirin yazdığı dil ilə müasir ingilis dili arasında dağlar qədər fərq var. Heç bir ingilis Şekspiri orijinaldan pxuyub anlaya bilməz amma ingilislər buna görə Şekspiri tənqid etmir. Onlar bütün o əsərləri müasir dillərinə çevirir və Şekspiri bütün dünya oxuyur. İngilislər yəqin sənin qədər "ağıllı" deyil, ay Ağalar. Sözümün canı isə ondadır ki, həmin o tənqid etdiyin dahilərimiz öz sahələrində, ədəbiyyatda yeniliklər və kəşflər edərək dahiliklərini sübut edibdilər.

Bəs sən, "ey dahi filosof", bəs sən öz sahəndə, fəlsəfədə hansısa yeni bir fəlsəfi nəzəriyyə yaratmısanmı? Yoxsa, 18-22 yaşlarında olan, özünü intellektual göstərmək üçün əllərində Nitşe və Ziqmund Freydin kitablarını daşıyan, amma heçnə anlamayan gənclər kimi hər yerə o kitablarla gedirsən?

Murad Köhnəqalaya isə demək istəyirəm ki, Nizami Gəncəvi, Füzuli uğrunda fars xalqı ilə bizim ədəbi müharibə aparmağımız onların dahiliyindən söz açır. Sənə görə isə heç Tovuzun Köhnəqala kəndi ilə Qandollar kəndi münasibəti korlamaz. Cismən ölən, amma əsərlərində yaşayanları tənqid etməkdənsə bir az da cəsarətli olub yaşaya-yaşaya ölmüşləri tənqid etsəniz daha gözəl olar. "Diri"lərdən qorxursunuzsa bu başqa məsələ. Demək istədiklərimi bununla da yekunlaşdırıram.

Qələm sahiblərimizə isə ədəbiyyatımızın atalarına sahib çıxmağı tövsiyə edirəm. Onlar bizim ədəbiyyatın bünövrəsidi. Bünövrə sökülsə, elə biz də gumbultu ilə yerə yapışacayıq...


(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30