manera.az
manera.az

Əməkdar artist Kübra Dadaşovanın doğum günüdür MANERA.AZ

📅 31.08.2015 12:37

Əməkdar artist Kübra  Dadaşovanın doğum günüdür MANERA.AZ
manera.az
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar Artist Kübra xanım Dadaşovanın doğum günüdür.

Qeyd edək ki, Kübra Məmmədağa qızı Dadaşova 31 avqust 1957-ci ildə görkəmli aktyor Məmmədağa Dadaşovun ailəsində dünyaya gəlib
Kübra Dadaşova 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmişdir. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlamışdır. Fitri istedada, inprovizə məharətinə malik olan aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradır. Xanım (R.B.Əfəndiyevin "Qonşu qonşu olsa, kor qız ərə gedər"), Mənzərə (Ə.Orucoğlu "Pul dəlisi"), Qəmər Banu (Elçin "Mahmud və Məryəm"), Mürəbbiyyə (A.Şaiq "Danışan gəlincik", Ana (ərəb xalq nağılı "Ələddinin sehirli çırağı"), Alverçi qadın (Tamara "Mənim ağ göyərçinim"), Quluməmməd (Azərbaycan xalq nağılı "Cənnətin üç alması"), Gövhər (Ə.Orucoğlu «Məhəbbət bir bəladır»), Küpəgirən (A.Həsənzadə «Mağara») obrazlarını özünəməxsus şəkildə ifa edir.

Kübra xanımı doğum günü münasibətlə təbrik edir, can salığı, uzun ömür arzu edirik.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 802 | Yüklənmə tarixi: 31.08.2015 12:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031