manera.az
manera.az

Aktrisa Nahidə Orucovanın doğum günüdür |MANERA.AZ

📅 18.07.2015 12:23


Aktrisa Nahidə Orucovanın doğum günüdür |MANERA.AZ
manera.az
Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktirsas,ı Respublikanın Əməkdar artisti Nahidə Orucovanın doğum günüdü.

Qeyd edək ki Orucova Nahidə Mülük qızı 1961-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. 1968-ci ildə Bakı şəhərində yerləşən 167 saylı orta məktəbə gedib. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında işləmişdir. Orada işlədiyi müddətdə 50-ə yaxın tamaşalarda iştirak edib.

1993-cü ildə Ş.Qurbanov adına Musiqili Komediya Teatrına Solist-vokalist vəzifəsinə təyin olunmuşdur. Səhnə ustasıdır.

Musiqili Komediya Teatrının bütün tamaşalarında iştirak edir. Bu müddətdə Ə.Əmirlinin "İtgin ər"də İzabella, S.Rəhman "Dəsmal"da Yorğa xanım, A.Qüdrət, R.Mustafayev "Volqalı canan"da Şəlalə xanım, T.Vəliyeva, E.Sabitoğlu "Bankir adaxlı"da Səmayə xanım, R.Şəfəq, A.Şaiq "Bir saatlıq xəlifəlik"də Səkinə xanım, A.Babayev, O.Rəcəbov "Əlin cibində olsun"da Gülşad xanım, C.Məmmədov, R.Musafayev "Məsmə xala dayımdı"da katibə, X.Hasilova, E.Sabitoğlu "Nəğməli Könül"də Qəmər xanım, R.Heydər, O.Kazımi "Qızıl toy"da Zuzu xanım, S.Ələsgərov, Ş.Qurbanov "Özümüz bilərik"də Nailə xanım, S.Ələsgərov, İ.Məlikzadə "Subaylarınızdan görəsiz"də Çiçək xanım, Anar, V.Adıgözəlov "Aldın payını, çağır dayını"da Nazlı Qəmzəli və s. tamaşalarında yaratdığı obrazlar yapışıqlıdır, yaddaqalandır.

Aktrisaya can salığı uzun ömür, yeni uğurlu rollar arzu edirik.

Turan


Baxış sayı - 2 359 | Yüklənmə tarixi: 18.07.2015 12:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031