Aktrisa Əminə Babayevanın doğum günü | MANERA.AZ
![]()
Bu gün Akademik Milli Dram Teatrının sevimli aktrisası görkəmli sənətkar, səmimi xanım Əminə Babayevanın 65-ci doğum günüdü.
Qeyd edək ki Əminə Ağahüseyn qızı Babayeva 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif işi fakültəsini bitirib. O, yaradıcılığa 1969-cu ildə Azərbaycan Dövlət Akademik Teatrından başlayıb. Teatrda işlədiyi ərzində o həm klassik həm də çağdaş Milli və əcnəbi dramaturqlarının pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib. Teatrda ilk rolu X.Vahidin "Bağ qonşuları" tamaşasında Rəmziyyə obrazı olub. 1990-cı ildə Milli Teatrdan getdikdən sonra 2000-ci ildə İrəvan Azərbaycan Dövlət Dram teatrında işləməyə başlamışdır.
Aktrisa "Əlvida" adlı 16 seriyalı bədii filmdə əsas obrazlardan birinə Ana roluna çəkilmişdir.
2006-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdan Əminə Babayeva T.Kazımovun "İmzanının hökmü" tamaşasında Nazlı xanım obrazını yaratmışdır və o gündən bu günə kimi bir çox rollar ifa edir.
1976-cı ildə qadın rollarının ifasına görə Mədəniyyət Nazirliyi tərəfindən ilin ən yaxşı aktrisası elan edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.Ə. Babayeva Azərbaycan televiziyasında müxtəlif proqramlarda, o cümlədən Poezya axşamı,Komediyalar axşamı,Hekayələr axşamı adlı verlişlərdə mütamati olaraq çıxış ediridi
Əminə xanımı doğum münasibətlə təbik edir, can salığı, uzun ömür arzu edirik.
Turan Etibaroğlu