Yuğ Dövlət Teatrının aktyoru Məmməd Səfanın doğum günüdür | MANERA.AZ
![]()
manera.az
Bu gün Respublikanın Əməkdar Artisti, Yuğ Dövlət Teatrının aktyoru, sevimli pedaqoq Məmməd Səfanın doğum günüdür.
Qeyd edək ki Məmməd Səfa 25 iyul 1960-cı ildə Dəvəçi şəhərində anadan olmuşdur.
1977-1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan, 1980-1984-cü illərdə M.A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləmişdir.
Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirmişdir.
Hazırda "Yuğ" Teatrının aktyorudur. İncəsənət Universitetində baş müəllim kimi dərs deyir. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Sənətkara can sağlığı, uzun ömür, yeni-yeni sənət uğurları arzu edirik.
Turan Etibaroğlu
Manera.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.