manera.az
manera.az

Gəl, sinəmə bir şeir döy! - Sakir Xanhüseynli

Gəl, sinəmə bir şeir döy! - Sakir Xanhüseynli Manera.az Sakir Xanhüseynlinin şeirlərini təqdim edir:

APREL şeiri

...Bu gilas ağacında sanki aprel çiçəkləyib-
aprelin ağappaq sevincinə bax budaqlarda,
bu sevinc bir azdan bara dönəcək,
gör a...

***
əlimi tuturam yağışa
indi barmaqlarım göyərəcək,bax,
ya da
ovcumda
buğda zəmiləri görəcəksən,yamyaşıl,
zanbaqlar işıl-işıl-
əlimi yağışa tutmuşam...

DÖYMƏ şeir...

Gəl,sinəmə bir şeir...döy-
bədənimdə bir
döymə şeir
qanıma bulaşsın,hə-
fərq etməz
sevgidən olsun,
ya əskidən bir xatirə...

BİR ADDIM...

Hər kəs bir addım atmalıdı,
bir addım-
milyon-milyon addımların içində bir addım...
Bəlkə
Tanrının özü də
bizim ona sarı bir qədəm atmamızı istəyir,
gözləyir,bir qədəm...

Baxın,
mən də şeirini yazıram elə o bir addımın,
bircə addımın!..

***
ayağımın altındakı torpaqdımı?
kimin torpağıdı?
başımın üstündəki göydümü?
kimin göyüdü?..

SÜRÜNƏ-SÜRÜNƏ...

...Sürünə-sürünə
xəlvəti,bir çəpər dibiylə
bir evə oğurluğa da gedilər...
...Bir yerəcən sürünüb sonra qalxarsan təzədən,
birdən geri dönüb
öz kölgəni
köhnə bir çuxa kimi
arxanca sürüdüyünü görərsən,
amma sürünərək yaşadığını əsla düşünməzsən-
bu,sənin qüruruna toxunar çünki...

***
Tək özün özünə bəs edirsənmi?..
yəni yetirsənmi özün-özünə?..
öz-özünə əl uzadıb
çata bilirsənmi öz köməyinə,
ya öz kölgən düşürmü üstünə,hə?..

ƏLƏK...

Ələk...kim ələkçinin qıl verəni olmaq istər?..
Ələk...xəlbirlə su daşıdım,daşıdım,lap atəşləndim...
Ələndimsə,ya qismət,qalan bir ovuc sözümə bərəkət...
Ələk...bu dağdan yağan qar ruzumuz olar...
Hə,keçmiş də ələnsin gələcəyimiz üçün...
Ələk...vicdanları ələyək..
Yaxşı,bəs boş ələnən ələklərə nə deyək?..

***
ey neçə illik dostlarım
indi ocağıma gəlib
külümlə görüşürsünüz
külümə baxır
külümü görürsünüz

***
bir qədəh keflən
bir qədəh rahatlan
bir qədəh dincəl
bir qədəh...oxay,oxay...

***
bu küçədən hər gün br şeir keçir
bu qapını hər gün bir şeir açır
bu evdə hər gün bir şeir şeir yazır...

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI