manera.az
manera.az

Nurlan Yusifli – Mənəvi Zirvə

Nurlan Yusifli – Mənəvi Zirvə
Bacardım! İndiyə qədər heç kimin qalxa bilmədiyi zirvəyə qalxdım. Buradan insanlar çox kiçik görünür. Onların danışıqları qulağıma çatmır, amma hamısının məni gördüyünə əminəm. Onlara görədə mən çox kiçik görünürəm..Bu zirvəyə çıxan ilk insan olduğuma görə, tək tənhayam. Gözə heç bir canlı dəymir. Havada tutqundur. Budur yağış başladı. Təxminən 1 saatdır ki, ağacın altında oturub yağışın sakitləşməsini gözləyirəm. Danışmağa heç kimim yoxdur. Öz-özümlə baş başayam. Bəlkədə beləsi daha yaxşıdır. İnsanı özündən yaxşı kim anlaya bilər ki? Həmişə insanlardan uzaq belə bir yerdə yaşamaq istəmişəm. Hərdən dostlarımla, ailəmlə keçirdiyim günləri yadıma salıram, amma, qətiyyən darıxmıram.


Ettiklərimi və etmədiklərimi fikirləşirəm. Səhvsiz insan olmur, amma, mən həmişə qüsursuz olmaq istəmişəm. Elə buna görədə ən böyük səhvlərə mən yol vermişəm. Burada isə onları düşünməyim üçün vaxt çoxdur. Artıq uzun müddətdir ki, zirvədə yaşayıram. Darıxmağa başlamışam. Özüm- özümdən qorxururam. Bəzən ağlıma elə şeylər gəlir ki ,”bunları mənmi fikirləşirəm? “deyə sual verirəm özümə. Bir dəfə aşağı enib insanların içinə qarışdım. Hər şey qoyub getdiyim kimi deyildi. İnsanlar çox dəyişmişdi. Artıq daha diksindirici və daha iyrənc idilər, əlbəttə hamısı üçün deyilə bilməz, amma, bütöv götürdükdə belə idi. Bəzilərinin ağlı yalnız pislik etmək, birinə ziyan vurmaq, quyu qazmaq və s. kimi şeylərdən yorğundur. Bunlar özlərini yüksəltmək üçün hər şeyi edənlərdir. Belələri heç vaxt tək qalmır, yan yörəsində həmişə saf adamlar olur. Onlar da zirvəyə gedən yolda edəcəyi qurbanlardır. Özləri isə daha dərinə batacaqdır. Bu saf adam dediklərim isə ağılsızlardır. Onlara sadəcə istiqamət vermək lazımdır, sürü halında, sürü psixologiyası ilə yaşayırlar. Bunlardan nə qədər desən var. 10 nəfər bir şeyi təsdiqləyirsə, səhvdə olsa özlərini o şeyin doğru olduğuna inandıracaqlar. Çünki çoxluğa tabedirlər. Bu xüsusiyyətləri quyuqazanların işinə yarayır. Bu saf adamlardan özlərinə yetəcək qədər istifadə edirlər. Bəziləri isə çoxluğa qarşı çıxır, qatıq qara deyil ağdı deyir. Həmən dəqiqə rüsvay edirlər onları. Çünki çoxluğun inandığı şey doğrudur. Necə olmalı idi bəs?! Belələrinin yanında insan az olur. Quyuqazanlar üçün təhlükəli görünsələrdə, saf adamlar çoxluq təşkil etdiyi üçün qorxusu yoxdur. İnsanların bu halı özüm-özümlə tək qalmağımdan daha qorxuludur deyə düşündüm. Heç kimlə dil tapa bilmədim. Hərkəs öz problemlərinin dərdində idi. Gözümə parkda bir-biri ilə oynayan uşaqlar dəydi. “Onlardan başqa” dedim ürəyimdə. Onlardan başqa hamının bir dərdi vardı. Kənardan xeyli izlədim onları. Sonda, mənim zirvəmdən çox-çox hündür olan bir zirvədə yaşadıqlarına qərar verdim. Mən ilk deyiləm. O zirvədə yaşayan ilk adam mən deyiləm. Mən saf adam da deyiləm. Mən quyuqazan da deyiləm.Mən yerini tapmağa çalışan biriyəm. Azadlıq istəyən biriyəm. Quyuqazanların, saf adamların, çoxluğa qarşı çıxanların olmadığı yerdə yaşamaq istəyən biri. Buna görə də tək qalmağım daha yaxşıdır. Özüm özümü daha yaxşı anlayıram. Ya da anlamağa çalışıram..Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031