manera.az
manera.az

Molla Pənah Vaqifə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək

📅 03.12.2018 12:42

Molla Pənah Vaqifə həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək
Muğam mərkəzində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.

Manera.az xəbər verir ki, gecəyə dekabrın 5-də saat 19.00-da start veriləcək.

Tam fərqli formatda hazırlanan bu tədbir, öz novatorluğu ilə sözünü deyən “Söz” layihəsinin yeni təşəbbüsüdür.

Gecədə Tural Əhməd, əməkdar artislər Hüsniyyə Mürvətova və Elxan Rza, Kamal Yaşar, xanəndələr Almaxanın Əhmədli, Pərviz Qasımov, Elgiz Əliyev, tarzən Şəhriyar İmanov çıxış edəcəklər.

Azərbaycan Televiziyasının Mədəniyyət kanalı və Beynəlxalq Muğam mərkəzinin təşkil etdiyi bu tədbir “Söz” layihəsinin televiziya silsiləsinə də start verəcək.

MANERA.AZ


Baxış sayı - 1 420 | Yüklənmə tarixi: 03.12.2018 12:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031