manera.az
manera.az

Şairin yaradıcılığına həsr olunmuş musiqili gecə keçiriləcək

📅 25.08.2017 11:00

Şairin yaradıcılığına həsr olunmuş musiqili gecə keçiriləcək
“Böyük Füzulimizin yadigarı mən özüməm”


Sentyabrın 29-da Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin yaradıcılığına həsr olunmuş “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii musiqili gecə keçiriləcək.

Gecədə Xalq Artisti Əminə Yusifqızı, Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, xanəndələr Elnur Zeynalov, Abgül Mirzəliyev, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Nigar Şabanova, Hüseyn Məlikov, Gülnar Qüdrətli, Məhəmməd Nəcəfov, Vəfa Vəzirova və Almaxanım Əhmədli iştirak edəcəklər.

Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.

Musiqili gecədə xanəndələri Xalq Artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edəcək.

Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.


Baxış sayı - 1 493 | Yüklənmə tarixi: 25.08.2017 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031