manera.az
manera.az

Qazaxda Molla Pənah Vaqifin 300 illiyi qeyd ediləcək

📅 03.12.2017 23:25

Qazaxda Molla Pənah Vaqifin 300 illiyi qeyd ediləcək
Mədəniyyət və Turizm Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının, Milli Konservatoriyanın birgə layihəsi olan “Sirlər xəzinəsi”nin növbəti tədbiri böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi çərçivəsində dekabrın 4-də saat 15:00-da Qazax şəhərindəki Ədəbiyyat Muzeyində keçiriləcək.

MANERA.AZ xəbər verir ki, ədəbi-bədii məclisdə Azərbaycan Atatürk Mərkəzinin sədri, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, professor Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri professor Ənvər Əhməd, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, şair Barat Vüsal tədbirdə çıxış edəcəklər.

Ədəbi-bədii məclis boyu İrəvan Dövlət Azərbaycan Teatrının aktrisası, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının ifasında şairin lirik şerləri səslənəcək, qəzəllərindən və qoşmalarından ibarət musiqi nömrələri, aşıq havaları ifa ediləcək.

“Sirlər xəzinəsi” layihəsinin əvvəlki tədbirləri böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin, şairə xan qızı Natəvanın, muğam ustası, Xalq artisti Yaqub Məmmədovun həyat və yaradıcılığına həsr olunub.


Baxış sayı - 1 536 | Yüklənmə tarixi: 03.12.2017 23:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930