manera.az
manera.az

Əliağa Vahidə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

📅 30.09.2017 07:31

Əliağa Vahidə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Sentyabrın 29-da Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin yaradıcılığına həsr olunmuş “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii musiqili gecə keçirilib.

Manera.az xəbər verir ki, gecədə Xalq Artisti Əminə Yusifqızı, Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, xanəndələr Pərviz Qasımov, Nigar Şabanova, Abgül Mirzəliyev, Məhəmməd Nəcəfov, Gülnar Qüdrətli, Elnur Zeynalov, Vəfa Vəzirova, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Hüseyn Məlikov və Almaxanım Əhmədli çıxış ediblər. Xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndiriblər.

Tədbirdə xanəndələri Xalq Artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edib.

Əliağa Vahidə həsr olunmuş ədəbi-bədii gecə keçirilib


Baxış sayı - 2 209 | Yüklənmə tarixi: 30.09.2017 07:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031