manera.az
manera.az

Hec kəs inanmırdı... | MANERA.AZ

Hec kəs inanmırdı... | MANERA.AZ
manera.az

Sabahın şeiri


Heç kəs inanmırdı...
Nə atam, nə anam,
nə kürək-kürəyə verib savaşdığım dostlar heç kəs...
Bircə sən inanırdın, mənim şair olacağıma,
misralarda yox olacağıma,
üç rəngli bayrağım kimi,
o yoxluğun içində yenidən ucalacağıma.
Heç kəs inanmırdı,
bir sən inanırdın, bir də mən.
Gecəmizi gündüzümüzə qatdıq,
Oturub ölümü gözlədik, fəqət qaçmadıq.
Arımız yad bağçadan gəldi deyə o şanını,
o balı nemətimizə qatmadıq.
Hamı bizə ağılsız, xeyalpərəst söylədi,
Yalnız biz inanırdıq vətənin azad,
mənimsə şair olmağıma
Yalnız biz
Axı Şəhriyar, Məmməd Araz
elə belə keçməmişdi ki,
İllər də elə belə keçə...
Səhv salma şair,
bənzəməzlər onlar günlərini yaşayan heçə.
Vətənimizin bütöv,
mənimsə şair olmağım üçün
arzularımızı qurban etdik, seçə-seçə...
Hec kəs inanmırdı,
Nə atam, nə anam!
nə kürək - kürəyə verib savaşdığım dostlar...
Heç kəs!..

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930