manera.az
manera.az

Elçin Hüseynbəylidən Qarabağ mövzusunda yeni kitab

📅 10.10.2018 12:25

Elçin Hüseynbəylidən Qarabağ mövzusunda yeni kitab
Tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxanın) yeni kitabı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, "Qarabağ hekayələri" silsiləsidən olan "Gözünə gün düşür" adlı kitaba müəllifin Azərbaycan-Ermənistan, Qarabağ münaqişəsi (müharibəsi) ilə bağlı 16 hekayəsi, bir povesti və bir pyesi daxil edilib.

333 səhifəlik, nəfis dizaynlı kitabı "Yeni poliqrafist" nəşriyyatı çap edib.

Kitabın rəssamı Həsənağa Ədalət, redaktoru Dürdanə İbrahimova-Hüseynbəylidir.

"Gözünə gün düşür"ün geniş təqdimatı oktyabrın sonları, noyabrın əvvəllərinə planlaşdırılır.

Qeyd edək ki, daim Qarabağ mövzusuna müraciət edən müəllifin ilk hekayəsi "Küləkli çöl" adlanır və 1989-cu ildə qələmə alınıb. Hekayə 1991-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxıb. Son hekayə - "Sevgiylə döyüşmək" bu ilin aprelində nəşr edilib.

Kitab nəşriyyat və müəllif tərəfindən oxuculara hədiyyə ediləcək./525.az/


Baxış sayı - 1 410 | Yüklənmə tarixi: 10.10.2018 12:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031