manera.az
manera.az

Elçin Hüseynbəylinin yeni romanı nəşr edildi

📅 24.11.2017 14:10

Elçin Hüseynbəylinin yeni romanı nəşr edildi
Tanınmış yazıçı Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanı “Qələm” nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilib.

MANERA.AZ xəbər verir ki, Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr olunan roman Qarabağ tarixinə, Yusif Vəzirin keşməkeşli həyatına həsr olunub və Qarabağın erməni-rus hiyləsi nəticəsində Azərbaycandan tədricən qoparılması ideyası üzərində qurulub.

Əsəri Azərbaycan oxucuları, xüsusən də gəncliyi üçün Qarabağ dərdimizi anladan mənbə hesab etmək olar.

Kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.

“Yenə iki od arasında” romanının Bakı, Naxçıvan, Sumqayıt, Şabran, Bərdə, Yevlax, Gəncə, Oğuz, eləcə də digər bölgələrdə təqdimatı nəzərdə tutulur.

İlk təqdimat noyabrın 29-da, saat 12-də Sumqayıtda Əli Kərim adına Poeziya Evində keçiriləcək.

Elçin Hüseynbəylinin yeni romanı nəşr edildi


Baxış sayı - 1 690 | Yüklənmə tarixi: 24.11.2017 14:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031