manera.az
manera.az

Qarabağ haqda hekayələr kitabı Litvada

📅 06.04.2018 20:32

Qarabağ haqda hekayələr kitabı Litvada
Azərbaycan yazıçısı, dramaturq və publisist Elçin Hüseynbəylinin “Boz eşşəyin məktubları” adlı seçilmiş hekayələr toplusu Vilnüsdə nəşr olunub.

Litvaca nəşr olunan kitaba müəllifin 1998-2014-cü illərdə yazdığı 16 hekayəsi salınıb. Bunlardan altısı - “Boz eşşəyin məktubları”, “Gözünə gün düşür”, “İlk öpüş”, “Şimallı gəlin”, “Qocanın axdığı gün”, “Qaracanın qara başı” Qarabağ savaşı mövzusunda qələmə alınıb.

Əsərləri orijinaldan Litva dilinə Dünya karay türklərinin ünlü simalarından biri, görkəmli Litva ictimai-mədəni xadimi və diplomat, Litvanın Azərbaycanda və Türkiyədə sabiq səfiri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Halina Kobetskayte və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, tanınmış ədəbiyyatşünas-araşdırmaçı, publisist və mütərcim Mahir Həmzəyev tərcümə ediblər.

MANERA.AZ


Baxış sayı - 1 770 | Yüklənmə tarixi: 06.04.2018 20:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930