manera.az
manera.az

Kod adı: "Rey" - Tanınmış jurnalistin yeni kitabı

📅 27.07.2017 10:48

 Kod adı: "Rey" - Tanınmış jurnalistin yeni  kitabı
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “kəşfiyyatçının xatirələri” adlı yazıları əsasında hazırlanan “Koad adı: “Rey” kitabı işıq üzü görüb.

Kitabda müəllifin 2012-2013-cü illərdə lent.az saytında qələmə aldığı xatirələri yer alıb. Xatirələr müəllifin 1991- 92-ci illərdi Qarabağ müharibəsində gördüyü hadisələrdən bəhs edir.

Qanun nəşriyyatında hazırlanıb çap edilən kitabın redaktoru tanınmış şair-publisist Səhər Əhmədir. 250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur.

Lent.az saytının kitabxanasından silsiləsindən nəşr edilən kitab yaxın günlərdə satışda olacaq.

Xatırladaq ki, R.Kərimoğlu 1991-93-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi isə çağırış kodu elə öz adı - “REY” olub.


Baxış sayı - 1 392 | Yüklənmə tarixi: 27.07.2017 10:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031