manera.az
manera.az

Bənzərsiz opera müğənnisi - BÜLBÜL | MANERA.AZ

Bənzərsiz opera müğənnisi - BÜLBÜL | MANERA.AZ
İyunun 22-si Azərbaycanın bənzərsiz opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal məktəbinin banisi, Xalq artisti, Dövlət mükafatı laureatı Bülbülün doğum günüdür.

AZƏRTAC xəbər verir ki, Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül) 1897-ci il iyunun 22-də Şuşa yaxınlığındakı Xanbağı adlanan yerdə anadan olub. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb. Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilib.

Bülbül 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operalarında əsas partiyaları ifa edib.

1927-ci ildə konservatoriyanı bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. Hələ sağlığında ən yüksək fəxri adlar, orden və medallara layiq görülüb. 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib.

Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir. Anadan olmasının 115 illiyi münasibətilə isə Bakıda, ev-muzeyinin yaxınlığında abidəsi ucaldılıb.


Baxış sayı - 2 994 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930