manera.az
manera.az

"Bu sevdanın adı nə?" kitabı çapdan çıxıb

📅 03.08.2015 16:36

"Bu sevdanın adı nə?" kitabı çapdan çıxıb

Bu günlərdə şairə Mətanət Duyğulunun "Bu sevdanın adı nə?" adlı şeirlər kitabı çapdan çıxıb.

82 səhifəlik kitabdakı şeirlər üç bölməyə ayrılıb: "Kərki dağlarının başı dumandır", "Mən sevə bilmərəm səni", "Taleyimə baş daşıyam".

Kitaba "Ön söz"ü Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvü, əməkdar mədəniyyət işçisi Vaqif Məmmədov yazıb. "Vətən sevgisinin poetik əksi" sərlövhəli ön sözdə Vaqif Məmmədov həmyerlisi kimi ailəsini yaxından tanıdığı istedadlı şairənin könül duyğularına dərin səmimiyyət və rəğbətlə dəyər verib, əsl ustad qayğıkeşliyi ilə onun şeirlərini təhlil edib.

Qeyd edək ki, Mətanət Duyğulu (Mətanət Mehdi qızı Nəcəfova) qədim Naxçıvanın Kərki kəndində anadan olub.


Baxış sayı - 1 711 | Yüklənmə tarixi: 03.08.2015 16:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930