"Payız nəfəsi" kitabının təqdimatı olub
İyulun 10-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda gənc, istedadlı şairə Aliyə Əsədovanın "Elm və təhsil" nəşriyyatında işıq üzü görmüş "Payız nəfəsi" kitabının təqdimatı keçirilib.
Filologiya elmlər doktoru, ədəbiyyatşünas Vaqif Yusifli, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, şairlər Əkbər Qoşalı, Fərqanə Mehdiyeva, nasir Təranə Vahid və başqaları gənc şairənin yaradıcılıq axtarışlarından, həyata həssas münasibətindən söhbət açıblar.
Bildirilib ki, sayca müəllifin ikinci kitabı olan "Payız nəfəsi" kitabındakı şeirlər müəllifin özü və şair-tərcüməçi Sevil Gültən tərəfindən ingilis dilinə tərcümə edilib.
Kitabın redaktoru və "Ön söz"ün müəllifi yazıçı-publisist Südabə Ağabalayevadır.