Hər gün dərdlərini içən adamlar - Şeirlər

Manera.az Xaqani Ayxanın şeirlərini təqdim edir:
VƏTƏN
De, hansı yarana məlhəm bağlayım,
De, hansı yaranı sarıyım Vətən?!
Qürurum yol vermir sıxım ağlayım,
De ,hansı işinə yarıyım Vətən?!
Axan sularında yuyum daşını,
Qoyum ürəyumə,qoyum başını,
Dönüm küləklərə ,çatma qaşını,
Ağaran saçını darayım Vətən!
Sıxıldım dərdinə,sıxıldı qaşım,
Sanki göz qırpımı ağardı başım,
Həsrətin acısı isti göz yaşım,
Soyuq daşlarında quruyum Vətən!
Sən ülvi diləksən diləyin içrə,
Havamsan,suyumsan çörəyim içrə,
Çəkim xəritəni ürəyim içrə,
Səni ürəyimdə qoruyum Vətən!
NİSGİL
...bir də arzuların can yandırmağı,
Qırılıb ürəyi doğramağı var...
Hər daşın bir ayrı öz qandırmağı,
Hər başın bir ayrı ağrımağı var!
Əridər dərman tək dərdi ürəyin,
Gör necə ağrıya tirdi,ürəyin,
Qəfəsə salınmış şirdi ürəyin ...
Dözməyib dəlisov bağırmağı var!
Dünyada dünyadan qaçan adamlar,
Çəkilib xəlvətə uçan adamlar,
Hər gün dərdlərini içən adamlar,
Dərdlərin içindən qovrulmağı var...
YOX ARTIQ
Burda dost axtarma,yoldaş axtarma,
Burda zaman günün gərəyi deyil...
Dərdini bölməyə qardaş axtarma,
Heç kim,heç kimsənin heç nəyi deyil...
Yalandan özümü ovutdum bir az,
Heç demə sevgilim deyil imişsən...
Sən də kimsəsizlik burulğanında,
Bir az baş qatmağa meyil imişsən...
Heç kim axtarmasın məni, itmişəm...
Itmişəm allahın nəzəri altda!
Bütün arzulardan çıxıb çıxıb getmışəm,
Heç nə istəmirəm ilahi qatda...
Ürəyin dərman tək əriyər dərddə,
Heç kimin vecinə olmaz ölməyin...
...amma nə deyəsən dönüb baxarlar,
Qəfil dəli kimi çılğın gülməyin...
Yox artıq,yaşamaq demirəm buna...
Mən bilən yaşamaq başqa bi şeydi...
Heç kimin heç nəyi alışıb yana,
və hamı soruşa:-"yanan o nəydi?!.."
BİR UCDAN
İ.İlyaslıya
Dünya qan çanağı,qətl meydanı,
Kəsilir mərdlərin başı bir ucdan...
Haqdan dikələnə haqq yiyə durmur,
Sökülür,dağılır daşı bir ucdan?!.
Əcəl macal verə,ömür gözləyə,
Çağıram dünyanı gələ düzlüyə,
Ölüm hökm eləyir ölümsüzlüyə,
Çoxalır dünyanın yaşı bir ucdan!..
Mənə nə!-deyənlər dolanır gendən,
Insanlar cin olub,seçilmir cindən,
Kafirlər söz açır imandan,dindən,
Axır gözlərimin yaşı bir ucdan...
Xaqani Ayxanam tor görür gözüm,
Ibrahim ,zəmanə deyir ki,dözüm,
Görmüsən dünyanın hər betər üzün,
Artır aramızda naşı bir ucdan!..
ŞUŞA
Başının üstündə nəm çəkən bulud,
Suyunda gözümün suları Şuşa!
Acı zəmanədi ,qəhərini ud,
Göynəyir qəlbimin qubarı Şuşa!
Səndə əsrlərin yanğılı səsi,
Ovunmaz Seyidin,Xanın naləsi,
Böyük Üzeyirin ölməz həvəsi,
Qaldı Natəvanın məzarı Şuşa!
Lalələr göz açıb üzə güləndə,
Sənsiz çiçək açıb bahar gələndə,
Gözümün yaşını sənsiz siləndə,
Gələrmi könlümün baharı Şuşa?!
Çiçəklər çiçəyi xarıbülbülü,
Qoydu qəm içində yarı bülbülü...
Hicran atəşində sarı bülbülün
Düşməni kəsibdi yolları,Şuşa!
Sən könül eşqinin sultanı idin,
Qoca Qarabağın tərlanı idin,
Acı xəyanətin qurbanı oldun,
Tarix unudarmı bunları Şuşa?!.
İŞIQ ADAM
Son nəfəsdə üşüyən,
Ürəyimdir bir içim,
Bir sönmüş ulduz kimi,
Çəkir çölümü içim...
Baxıb mənə adamlar,
Məni tanımadılar...
İşığa dönür çölüm,
İşığa dönür içim...
Bu işığın içində,
Mənim bədənim hanı?..
Bu işığı keçəndə,
Qəbrim,kəfənim hanı?!..
Şükür sənə ilahi,
Mən də işıq adamam!..
Nə filosof,nə dahi,
Səndəki işıqdanam!..
GÖRDÜKLƏRİM
Yatsam yuxuma girməzdi,
Bu dünyada gördüklərim,
Yoluma daş-kəsək düzdü,
Əl tutub, üz verdiklərim!..
Durub kənardan baxdılar,
Yaxınlaşmağa qorxdular,
Məndən "ağıllı" çıxdılar,
Çırpıb yerə sərdiklərim...
İnsan ayağı dəyməyən,
Suyundan dişim göynəyən,
Bu yer nə yerdir?--"Göydöyən",
Solmaz güldür dərdiklərim!
Yaman günə,yaman kökə,
Saldı məni çəkə-çəkə,
Sözdən qala tikə-tikə,
Bu divara hördüklərim!..