manera.az
manera.az

Sevdiklərimin qucağıdır Vətən- Ulucay Akifin şeiri/ MANERA.AZ

📅 17.02.2017 20:28

Sevdiklərimin qucağıdır Vətən- Ulucay Akifin şeiri/ MANERA.AZ


Manera.az Ulucay Akifin şeirini təqdim edir.

Qızcığaz,
Mənimçün
Sevdiklərimin qucağıdır Vətən,
Bir şəhərlik yerin varsa əgər,
Bərk-bərk qucaqla məni,
Qucaqla ki, vətəndaşlıq dilənim səndən.

Amma bil ki,
Bu bədən özü bir ölkədir elə,
Başdan ayağa, ayaqdan başa.
Bədənimin paytaxtı olan qəlbimdə
Özünə bir saray qur, sonsuzadək yaşa.

Əllərimdən başlayır bu ölkənin sərhədi,
ayaqlarımda bitir,
Sən də ayaqyalın gəz üstümdə,
Sinəmdə min bir gül bitir.

İstəsən içəri keç,
Bu dünyanı mənim gözlərimdən izləyək,
Ruhumuz sevişsin hər gün,
Bədənimizi hamıdan gizlədək.

Qızcığaz,
Mənimçün
Sevdiklərimin qucağıdır Vətən,
Bir şəhərlik yerin varsa əgər,
Bərk-bərk qucaqla məni,
Qucaqla ki, vətəndaşlıq dilənim səndən.

MANERA.AZ


Baxış sayı - 1 863 | Yüklənmə tarixi: 17.02.2017 20:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031