manera.az
manera.az

“Şair və Vətən” adlı şeir gecəsi

📅 10.03.2018 18:48

“Şair və Vətən” adlı şeir gecəsi
Martın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan və Türkiyə ədəbiyyatının seçilən poeziya nümunələrindən ibarət “Şair və Vətən” adlı şeir gecəsi təşkil olunacaq.

Manera.az xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşacaq gecə Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə gerçəkləşəcək.

Azərbaycan və Türkiyə poeziya nümunələrinin tarixi inkişaf mərhələləri haqqında məlumat veriləcəyi tədbirdə “Vətən və millət eşqi, qəhrəmanlıq və igidlik” mövzularında şeirlər professional teatr sənətçiləri tərəfindən səsləndiriləcək.

Proqramın sonunda Bakı Bələdiyyə Teatrının aktyorları tərəfindən kiçik səhnəcik təqdim olunacaq.


Baxış sayı - 2 566 | Yüklənmə tarixi: 10.03.2018 18:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930