manera.az
manera.az

Məti Osmanoğlunun 60 illik yubileyi qeyd edilib

📅 03.07.2018 18:06

Məti Osmanoğlunun 60 illik yubileyi qeyd edilib
Səməd Vurğunun ev-muzeyində filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlunun anadan olmasının 60 illik yubileyi qeyd edilib. Yubiley tədbiri çərçivəsində alimin "Ədəbiyyat nəzəriyyəsi müntəxəbatı”, "Sözün o üzündə” kitablarının təqdimat mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə akademik Nizami Cəfərov Məti Osmanoğlunun ədəbi fəaliyyətindən söz açıb.

Bildirib ki, o,1958-ci ildə Qazax rayonun Sadıqlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur. BDU-nun aspiranturasında təhsil alıb.

Jurnalistika fəaliyyətinə tələbə olarkən Azərbaycan Dövlət Radiosunda başlayıb, uzun müddət KİV sahəsində fəaliyyət göstərib. Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş silsilə əsərlər müəllifidir.
Məti Osmanoğlunun 60 illik yubileyi qeyd edilib
"Əmir Teymurun vəsiyyətləri”, Çingiz Aytmatovun "Çingiz xanın ağ buludu”, Moris Simaşkonun "Sultan Bəybars” əsərlərini dilimizə tərcümə edib. Əli bəy Hüseynzadə ədəbi mükafatının laureatıdır.

Tədbirdə görkəmli elm adamları ilə yanaşı, muzey işçiləri, BDU-nun tələbələri və alimin dostları iştirak ediblər.


Baxış sayı - 1 517 | Yüklənmə tarixi: 03.07.2018 18:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930