manera.az
manera.az

Türkiyəli ədəbiyyatşünas Adnan Tekşenlə görüş

📅 06.05.2017 22:48

Türkiyəli ədəbiyyatşünas Adnan Tekşenlə görüş

Bakı Forumu çərçivəsində Türk Dünyası Vakfının sədri Adnan Tekşen ilə görüş keçirilib

Mayın 6-da Səməd Vurğunun ev muzeyində Bakı Forumu çərçivəsində Bakı Yunus Əmrə İnstitutu və "S.Vurğun ev muzeyi"nin birgə təşkilatçılığı ilə Türk Dünyası Vakfının sədri Adnan Tekşen ilə görüş keçirilib.

Tədbirdə öncə muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova Türkiyə-Azərbaycan dostluğunun əzəli-əbədi köklərindən danışıb. Vaxtilə gənc S.Vurğunun Tofiq Fikrət, Namiq Kamal, Mehmet Emin və digər türk şairlərinin yaradıcılığı ilə yaxından tanış olduğunu, onların yaradıcılığından bəhrələndiyini bildirib.

N.Babayeva-Vəkilova S.Vurğunun sonralar böyük türk şairi Nazim Hikmətlə dostluğu, qardaşlığı haqqında məlumat verib.

Azərbaycan ziyalıları ilə belə bir ocaqda görüşdən məmnun olduğunu bildirən Adnan Tekşen ortaq mədəniyyətləri paylaşan, dünya mədəniyyətinə dəyərli incilər bəxş edən Türkiyə-Azərbaycan ədəbi əlaqələrindən söhbət açıb. O, müfəssəl araşdırma xarakterli, “Dünya və türk mədəniyyəti” mövzusunda geniş mühazirə ilə çıxış edib.

Diskussiya şəklində davam edən görüşdə Bakı Yunus Əmrə İnstitutunun müdürü İbrahim Yıldırım, filologiya elmləri doktorları Rüstəm Kamal, Aslan Salmansoy, Yeganə Nerhmətulla, Əməkdar Jurnalist, nazimşünas alim Aqşin Babayev, şairlər Zaməddin Ziyadoğlu, Zərəngiz Qayalı, Bakı Dövlət Universitetinin müəllimləri Məti Osmanoğlu, İradə Musayeva, yazıçılar Nəriman Əbdülrəhmanlı, Şəhla Aslan və başqaları türk və Azərbaycan ədəbiyyatının son 70 illik inkişafından söhbət açıblar.


Sonda türkiyəli qonaq tədbirin təşkilatçılarına və iştirakçılarına, minnətdarlığını bildirib.

MANERA.AZ


Baxış sayı - 1 309 | Yüklənmə tarixi: 06.05.2017 22:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031