manera.az
manera.az

“Güzgü günü” təqdim olundu

📅 09.10.2017 18:15

“Güzgü günü” təqdim olundu
Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda ədəbiyyatşünas Rüstəm Kamalın kitabının təqdimat mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, “Güzgü günü” adlı kitabın redaktoru Azər Turan, rəyçiləri akademik Nizami Cəfərov, professor Məmməd Qocayevdir. Kitaba Rüstəm Kamalın 2015-2017-ci illərdə “Ədəbiyyat qəzetində” çap olunmuş yazıları daxil edilib. Yeni, maraqlı baxış bucağı və bədii-ezoterik kontekst bu mətnləri bir araya gətirir, filoloji təhlili esse təxəyyülü ilə birləşdirir.

Kitaba ön sözü ədəbiyyatşünas alim Məti Osmanoğlu yazıb.

Təqdimat mərasimində şair, publisist Qəşəm Nəcəfzadə, tənqidçi İradə Musayeva, rəssam Qafar Sarıvəlli, ədəbiyyatşünas Məti Osmanoğlu, Bakı Dövlət Universitetinin tələbələri və digərləri iştirak edirdilər.


Baxış sayı - 2 150 | Yüklənmə tarixi: 09.10.2017 18:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930