manera.az
manera.az

YUNESKO-da bəstəkarımızın yubileyi qeyd olunacaq

📅 04.11.2017 16:08

YUNESKO-da bəstəkarımızın yubileyi qeyd olunacaq
Parisdə keçirilən YUNESKO-nun Baş Konfransının 39-cu sessiyası çərçivəsində qurumun 2018-2019-cu illər üzrə yubileylər siyahısı qəbul edilib.

MANERA.AZ xəbər verir ki, YUNESKO-nun İcra Şurası tərəfindən təqdim edilən yubileylər siyahısına üzv ölkələrdən 48 təklif irəli sürülüb.

Azərbaycan tərəfindən bu siyahıya dahi bəstəkar Qara Qarayevin anadan olmasının və Bakı Dövlət Universitetinin 100 illik yubileylərinin qeyd edilməsi təklif olunub.

Baş Konfrans tərəfindən bu təkliflər qəbul olunub. Beləliklə, 2018-ci ildə bəstəkar Qara Qarayevin və 2019-cu ildə Bakı Dövlət Universitetinin YUNESKO-nun dəstəyi ilə Parisdə 100 illik yubileyləri qeyd ediləcək.


Baxış sayı - 1 169 | Yüklənmə tarixi: 04.11.2017 16:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930