manera.az
manera.az

Sənsizliyin ağırlığı - Zaur Sahilin şeirləri

Sənsizliyin ağırlığı - Zaur Sahilin şeirləri
Manera.az gənc şair Zaur Sahilin şeirlərini təqdim edir:

***
Körpə-körpə arzularım,
Ürəyimdə qaldı,Ana!
Sən məzara gedən gündən,
dərdin, qəmin, ayrılığın
içimdə yer saldı. Ana!

Sənsizliyin ağırlığı,
çəkilməyən yük kimidi.
Sənlə mənim aramdakı,
Yollar daha tük kimidi.


***
Ürəyim ağrıyır!
Ölüm,o dünyanın qabağında
saxlayarsan,düşəcəyəm!!!


***
Mən,bəzən
bənzərsizliklə üzləşirəm.
Sənsizləşirəm.

Bir arzu tutdum

Çəkdim gözlərimə səni bu gecə,
Payızın saralan havalarıyla.
Sənin sevincinlə,mənim qəmimin,
Uyuşa bilməyən davalarıyla.

Səni itirməyin qorxusu yoxdu,
Səni tapmağımın qorxusu qədər.
Mənim gözlərinin yuxusu yoxdu,
Sənin gözlərimin yuxusu qədər.

Gecənin içində gündüzü tapdım,
Hardasa gözümün yaşından keçən.
Yenə ürəyimdə bir arzu tutdum,
Sənin ürəyinin daşından keçən.


***
Yağış.gözlərimin içi boydadı,
Tökülür üstümə göz yaşı kimi.

Atam,qardaşım

Daha havalara oynamıram heç,
Havalıq deyiləm Atam,qardaşım.
Mən o davalarda çoxdan ölmüşəm,
Davalıq deyiləm Atam,qardaşım.

Zurna piləyənə,zurna deyiləm,
Durna teyləyənə, durna deyiləm.
Daşını başıma vurma deyirəm,
Davalıq deyiləm Atam,qardaşım.

Bilirəm, davalar zülüm gətirir,
açıla bilməyən düyün gətirir,
Yazım ki, davalar ölüm gətirir,
Davalıq deyiləm Atam,qardaşım.


***
Gecə-gecə adamlar,
Ulduz-ulduz düşünür.
Ulduz-ulduz adamlar,
Gecə-gecə üşümür.


***
Kəndin,kəsəyin adamı,
Odun,kösöyün adamı,
Mən də bu öyün adamı,
Qonaq bilməyin məni.


***
Gözümün ağrı tərəfi,
Qaşımın sığal yeri var.
Könlümün oğru tərəfi,
Oğrunun cığal yeri var.


***
Səhər durub gördüyüm,
Gecə yadımdan çıxır.
İLAHİ,çəkdiklərim,
Necə yadımdan çıxır.


***
Əslində yollar uzun deyil,
Addımlar uzun.
Əslində addımlar uzun deyil,
Adamlar uzun.
Boyumun çatdığı qədər görüb,
yaşayıram həyatı.


***
Ürək TANRI tərəfindən,
İnsanın içərisinə yerləşdirilmiş,
Bir bombadır.
Onun partlaması üçün,
Qurulan vaxt ərzində
yaşayır insan.


***
Gözün gözlərimin rənginə hopub,
Rəngin gözlərimin rəngi qədərdir.
Sənin səsin var ha, bir musiqidir,
Sənin susmağın da sevgi qədərdir.


***
Gedirəm, gəlirəm, addımlarımı,
Hər gün qarış-qarış gözlər izləyir.
Hər gün işdən evə qayıdan zaman,
Qapıda oğlumla,qızım gözləyir.

Onların gözündə mələyəm indi
Onların ümidi mənədi, Allah!
Mən sənin sevgindən pay uman bəndən,
Mənim də ümidim sənədi, Allah!


***
Əlimdəki silahın,
Atdığı gülləsindən.
Sənə şeir yazacam,
Murovun kəlləsindən.


***
Mənə bir ünvan yaz,
Şeir göndərim.


***
Mən elə bilirdim günəş yerdədir,
Nurunu göylərə ötürüb ,çıxır.
Bütün arzularım göydəymiş demə,
Bütün arzularım göylərdən çıxır.


***
Ağacların göz yaşları
yarpaqlarıdır.
Payız ağacların matəm çağıdır.


***
Torpağa qovuşmuş,
Sarı sevgi kimidi.
Payız vaxtı,
Ağacdan düşən yarpaq.


Baxış sayı - 2 064 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728