manera.az
manera.az

Aynur Sultanovadan «Növbəti nömrə» - HEKAYƏ

  Aynur Sultanovadan «Növbəti nömrə» - HEKAYƏGülməyə çalışırdı, hər zamankı kimi təbəsümünü itirmişdi.Qrimini etdi,burnunu taxdı,amma nəsə çatmırdı.Şlyapasını çıxardı,bir zamanlar hamının həsrət etdiyi belinə qədər şəlalə kimi qıvrılaraq süzülən saçlarını xəyal etdi.Saçlarına son qayçını vuran zaman qadın özü də bilmədən adi müştəri gözü ilə baxdığı gənc qızın böyük ömrünün ən gözəl illərini kəsib atmışdı salonun döşəməsinə,hər gün onlarla tozlu ayaqqabı dəyən yerdə indi onun xoşbəxtliyi,bir-birindən gözəl illəri,ən əsası isə təbəssümü sürünürdü.Saçlarını alıb yenidən qoya bilərdi mi yerinə?!Qayıdardı mı onda keçmiş günləri,keçmiş dostları,daha keçə bilməmiş yaraları?!Qayıtmazdı...Gəlməzdi bir daha geri...Heç kim gedənlərin qayıtdığını görməmişdi.Qayıdanda daha yaxşısını tapmadığından dönərdi,amma onun itirdiyi hər şey daha yaxşısını tapmışdı.
- Kiməm mən?!...
Burnunu qarşısındakı aynaya dirədi.
-Mən ola bilərdim narkoman atardım təhsilimi,kəsərdim ruhumun ağrılarını,keyidərdim əllərimi,söndürərdim ürək döyüntülərimi.
Ola bilərdim milliyyətçi,hayqıraraq ruhumu qucaqlayardım qanı qanımdan olmayan qardaşlarımı,bacılarımı.
Ola bilərdim insan,kəsdim saçımı-qadını gözəlləşdirən məhfumu,geyinərdim kişi ola bilməyənlərin şalvarını,söyüş öyrənərdim həyatın qadınlarını söyənləri söymək üçün,tutardım əllərini öpmək üçün,açardım qollarımı onları bağrıma basmaq üçün.
Ata olardım övladına pul verməklə atalıq edənlərin usaqları ilə parkda oynamaq üçün,ana olardım bütün işi Zaura baxıb,Xoşqədəmə ağlayıb övladının qabağına yemək tullayan ananın qızının saçlarını hörməyə.
Feminist ola bilərdim küçələrdə gecə aksiyaları təşkil edib,qadınlara gecə küçələrin necə gözəl olub,necə gözəl dərd verdiyini göstərmək üçün.
Küçə rəqqası olardım tullayardım lazımsız universitet kitablarını milləti ölən dili əzbərləyib diplomuma daha bir elifba herfi elavə etməyin mənasızlığını göstərmək üçün,hər küçəni,aralıqlarını,xarabalıqlarını sevərdim evim olsun deyə.
Yazar ola bilərdim illərlə susub danışmadıqlarımı yazıb oxutmaq üçün,mənə baxmayın məni görün demək üçün, “yazmaqdan ötrü özünü bu günə qoymağa ehtiyac yoxdu”deyən dosta sillə olub mən buyam demək,ruhumu yaşatmaq,bədənimi zərrə-zərrə öldürməkçün.
Mən mən ola bilərdim cırıb ömür kitabımın vərəqlərini illərlə mentalitet zindanında çürüyən ruhumu buraxardım günəşlərimin boz doğduğu qara səmalara,tüpürərdim dostlarıma,hamısının məndən nə qədər nifrət edib sevdiyini bildiyim üçün.Kəsib damarlarımı son damlasına qədər axıdardım qanımı qohumlarımla məcburi heç bir əlaqəmin qalmaması üçün,cırardım maskalarımı daha yalandan gülməmək üçün.MƏN MƏN OLARDIM.OLARDIM BİR HEÇ.....BİR HEÇ.....BİR VƏ HEÇ....HEÇ
Mən oldum ataya nə iş gördüyündən xəbərsiz diplomu ilə öyündüyü bir övlad,anaya xeyirsiz bir qiz,baciya varlığı ilə yoxluğunun heç bir fərqi olmayan ailə üzvü,qardaşa başını sığallayıb hərdən qumbarasına qəpik atan bacı.
Ailə qurmadan gəlin oldum həyat yoldaşımın bütün nəslinə kəbinlənmək üçün,ana oldum övlad dünyaya gətirmədən onları qorumaq üçün.
Qapının taqqıltısı düşüncələrinin bir anda uçmasına kifayət etdi.
-Buyurun.
-Xanım,növbəti nömrə sizindir,tələsin.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031