manera.az
manera.az

Nicat Həşimzadə - "Şeytanların təbəssümü"

Nicat Həşimzadə - "Şeytanların təbəssümü"
Şərab içməyi vətəndaş qüssəsi çəkmək adlandıran Dostoyevski "Şeytanlar romanında qərəzsiz vətəndaş mövqeyinin cəmiyyətdə gülüş yaratmasından və bu gülüşün acı nəticələrindən danışır. Rus qadını əyyaş, qumarbaz rus kişisini sevəcək qədər dözümlüdür. Lakin kübar cəmiyyətdə yüksək mövqe tutmaq üçün etməyəcəyi ləyaqətsizlik yoxdur. Nikolay Stavrogini ideal iblis obrazı hesab etmək olar. Onun daxilində ikili mübarizə gedir. Allahın varlığını inkar etsə də İblisin mövcudluğuna inanaraq ona xidmət edir. Kirilliva deyir:

- Əgər Allah varsa bütün hakimiyyət ona məxsusdur, əgər yoxdursa bu halda insan özü Allahdır. Kirillov da Allaha inanmır, özünü Allah sayır, lakin onun düşüncəsinə görə Allah azad olmalıdır, hətta ölüm qorxusundan da azad olmalıdır. Bu hisslərdən qurtulmaq üçün həyatla əbədilik vidalaşır.

Stavrogin evli olmasına baxmayaraq başqa qızı sevir, sonra isə yenə də evli ola-ola, başqa qızı sevə-sevə yenidən tam başqa bir qadını yoldan çıxarır. Bu səbəbdən həmin qadının- Maryanın əri Şatov ona şillə vurur. Hər kəsin gözləri önündə Stavrogini təhqir edir. 3 ildən sonra Marya ərinin evinə qayıdaraq Stavroginin oğlunu dünyaya gətirir. Şatov isə başqa kişinin övladına oğlum deyərəm onu qucağına alır. Marya Şatova deyir.
- O, əclafdır, Nikolay Vselodoviç əclafdır.

Sonra axmaq gənclər bir dəstə də birləşərək inqilab etmək, islahatlar həyata keçirmək istəyirlər. Pyotr Stepanoviç rəhbərlik edir. Şatovu satqınlıqda günahlandıraraq öldürür. Lakin onu başqa silahdaşları satır. Kirillov intihar etmək istədiyi gün Stepanoviçə deyir.

İstədiyin bəyannamanə yazacam. Şatovun ölümünü öz üzərimə götürəcəm, sonra özümü öldürəcəm. Amma sən əmin ol ki, əclafsan. Etdiyin bütün əməllər tez bir zamanda bilinəcək. Heç nə gizli qalmır. Stepanoviç başqa şəhərə qaçsa da xilas ola bilmir.

Əsərin sonunda TixoN Ata kimi müdrik insanla etdiyi söhbət də Stavrogunu sakitləşdirmir. Bütün günahlarına görə əzab çəkir, özünü günahkar sayır, amma tövbə etmir, Allahın varlığını yenə də inkar edir.

Stavroginin düşüncəsinə görə təkcə yoxsul insanlar cənnət mükafatı haqda xəyallara dala bilər, yalnız çarəsiz, bədbəxt adamlar ömürlərini monastr hücrələrində çürüdər. Sonda Tixon ataya lənətəgəlmiş psixoloq deyərək hücrəni tərk edir.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930