manera.az
manera.az

Herman Hesse_"Sevimli kitablar"- TƏRCÜMƏ

Mənə bu sual çox verilib: "Siz ən çox hansı əsərləri oxumağı sevirsiniz?"

Herman Hesse_"Sevimli kitablar"- TƏRCÜMƏ Xarici ədəbiyyatı sevənə bu suala cavab vermək çox çətindir. Yəqin ki mən artıq on minlərlə kitab oxumuşam, hətta bəzilərini bir neçə dəfə təkrarən oxumuşam. Və mən kitabxanamdan öz marağıma uyğun olaraq hansısa müəlliflərin əsərlərini çıxarmağın tərəfdarı deyiləm. Lakin şükürlü və yeməklərdən o qədər də başı çıxmayan, qara çörək, maral qızartması, kök və ya balıq da xoşlamağına baxmayaraq, bir neçə daha çox sevdiyi yeməklər də var. Kimsə musiqi barəsində düşünəndə ağlına ilk Bax, Hendel, Qlyuk gəlir, Şubert, Stavinskini heç xatırlamır. Mən də ədəbiyyat barəsində nəsə fikirləşəndə özümə yaxın olan dövləri, tonaqllıqları xatırlayıram. Məsələn yunanlardan digər tragiklərdənsə mənə Homer, Fukkidənsə Herodot daha yaxındır. Bundan əlavə boynuma alıram ki, ehtiraslı, çılğın müəllifləri sevmirəm. Onların əsərələrini oxumaq mənə çətin gəlir. Əslində coşğun insanları sevmədiyimçün bu cür əsərləri də xoşlamıram.

Ədəbiyyatın mən öyrənib bildiyim hissəsi və deyərdim ki, ən yaxşı hissəsi artıq əfsanəyə dönmüş 1750-1850-ci il Alman ədəbiyyatıdır. Bu yüzülliyin ən yüksək zirvəsi də Hötedir. Mən əminəm ki, bu dövlərdə məyyus olmayacam, məni heç bir gözlənilməyən sensasiya yaxalamayacaq, mən öz səyahətlərimdə çox qədim zamanlara, başqa-başqa ölkələrə düşürəm, şairlərə qayıdıram, məktubların və həyat təsvirlərinin müəlliflərinə qayıdıram. Onlara - əsl humanistlərə, hələ də qəlbində xalq ruhunu yaşadanlara qayıdıram. Kitab Uşaqlığımdan mənə tanış olan yerlər, xalqlar, dillər haqqında olanda mənə daha əziz və yaxın olur və mən əsəri qəribə bir məmnunluqla oxuyuram. Cənubi və qərbi Almaniyanın dili, ən çox da alman və şvab dialektlərində yazılanlar mənə xüsusi zövq verir. Myorik və Xibelin adlarını çəkmək elə kifayət edər. Lakin Hötedən tutmuş Ştifterə qədər, "Henrix Ştillinqin cavanlığı"ndan İmmermana və Droste - Xyulsxoffa qədər olan uğurlu dövrün demək olar ki, bütün alman və isveç müəlliflərinin əsərlərini oxuyanda məni səadət bürüyür. Heyif ki, indi bu müəlliflərin əsərlərinə yalnız kitabxanalarda rast gəlmək olar. Və bu da bizim dövrün ən pis cəhətlərindəndir.
Lakin qan, əsas və doğma dil heç də ədəbiyyatın hamısı deyil. Bir-birində təəccüb və sevinc doğurmaq üçün, tanımadığın uzaqlarda doğmalıq hiss etmək üçün, bağlı və əlçatmaz olanları yaxından tanıyıb öyrənmək üçün böyük bir bəşəriyyət var. Mən buna ömrümün birinci yarısında hindlilərin və çinlilərin mənəvi xəzinələrini öyrənməkdən sonra nail olmuşam. Hindistana məni doğma, tanış yollar, işarələr aparırdı. Çünki valideynlərim və onlarında valideynləri Hindistanda yaşayıb və himd dilini öyrəniblər. Ömrümün dördüncü on illiyinə çatanda özümə ikinci vətən, mənəvi sığınacaq hesab etdiyim Çini tanıdım. O zamana qədər gözəl Çin ədəbiyyatının varlığını, insan soyunun, insan mənəviyyatının "Çin qolu" olduğunu bilmirdim. Çin ədəbiyatında Ryukkertin söylədiklərindən Şi Szindən başqa heç kimi tanımırdım. Lakin Rixard Vilhelmin və başqalarının tərcümələrində mənim üçün çin-daos müdrikliyi və xoşbəxliyinin idealını açdım. Və mən indi bunsuz həyatımı təsəvvür edə bilmirəm. Çin dilində bir kəlmə də anlamayan, Çində bircə dəfə də olmayan mən, bizdən 2.5 minillik aralı qalmış ədəbiyyatda əvvəllər öz doğma evim və dilim olan dünyamda tapmadığım, mənim öz gümanlarımın təsdiqini mənəvi atmosfer və vətəni əldə etdim. Çjuanzının, Le-tsze və Men Kenin danışdığı Çin müəllimləri və müdrikləri səs-küydən, coşqunların tam əksi imişlər. Onlar çox sadə, xalqa və həyata yaxın insanlar olmuş, yalanı sevməmiş, könüllü olaraq tənhalıqda yaşamışlar. Bu üsluba yalnız heyrətlənmək və sonsuz şadlanmaq olar. Öyüdçü və təsnifçi, qanunverici və mənəviyyat qoruyucusu, qədim dövlərin müdrikləri arasından yeganə üslub təntənəsinə malik Lao-tszinin rəqibi olan Konfutsiy bu cür xarakterizə olunur. "O, işin alınmayacağını bilən və bu işdən yapışan deyilmi?" Heç yerdə görmədiyim sakit ton, yumor və sadəlik bu ədəbiyyatda mövcuddur. Mən dünyada baş verənləri, düşünəndə dünyanı idarə etmək istəyənlərin nitqini dinləyəndə bu sözlər yadıma düşür. Bu insanlar Konfutsiy kimi edir, lakin onlar "bu iş alınmayacaq" fikrini də yaxınlarına buraxmırlar.
Yaponları da xatırlayıram. Çinlilər qədər olmasa da onlar da mənim zəkama qida vermişlər. İndiki dövrdəsə biz Yaponiyanı da Almaniya kimi hərbi şəraitdə olan ölkə bilirik. Artıq neçə yüzilliklərdir ki, dzen kimi böyük və itiağıllı, qəyiyyətli və ilhamlı praktik həyata istiqamətlənmiş Hindistanda və Çində buddizmdən ayrı hesab olunmayan bir gül, Yaponiyada tam öz gözəlliyi ilə çiçəkləyir. Mən hesab edirəm ki, dzen bir xalqın əldə edə biələcəyi ən qiymətli bir xoşbəxtlikdir. Bir də məni sadə və qısa olan Yapon poeziyası heyrətləndirirdi. Əgər yaponları oxusan, müasir alman lirikasını oxumazsan, çünki bizim şeirlər çox şişirdilmiş mə mənasız görünəcək. Yaponlar on yeddi hecalı şeir vəznini fikirləşib tapıblar. İncəsənətin dərk edilməsinin asanlaşmasından, onun çox şey itirəcəyini də başa düşürdülər. Məsələn, nə vaxtsa bir yapon şairi cəmi iki cümləlik şeir yazıb. Şeirin məğzi bundan ibarətdir ki,qar yağmış meşədə gavalı ağacı çiçəkləyib. Şair şeiri qiymət verə biləcək birinə göstərmiş, o da söyləmiş ki, "bir budaq da yetər". Tənqidin necə doğru olduğunu dərk edərək, dost məsləhətinə qulaq asmış və onun şeirləri bugünkü gündə də unudulmayıb.
Bəzən bizim balaca ölkədə kitabların həddindən artıq çox çap olunmasına gülürlər. Əgər mən də bu gün cavan və güclü olsaydım kitab nəşrindən başqa heç nəylə məşğul olmazdım. Biz mənəvi ruhun və həyatın müdafiəsini müharibə edən ölkələrin döyüşləri bitirib dirçəlməsindən sonraya saxlaya bilmərik. Bu işlə əziyyətə qatlaşaraq tələsmək olmaz. Keyfiyyətsiz, tez və əlüstü çap olunmuş kitablar dünya ədəbiyyatı üçün müharibələr və onların fəsadları qədər təhlükəlidir.


Rus dilindən tərcümə edən: XANIM AYDINБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031