manera.az
manera.az

XARKOV köhnə BAKI kimidir- Reportaj | MANERA.AZ

XARKOV köhnə BAKI kimidir- Reportaj | MANERA.AZ
manera.az
Ukraynanın şimal-şərqində böyük və gözəl şəhər - Xarkov! Bəzi tarixi məlumatlara görə bu şəhər V əsrə aid Hun imperatorluğunun Xarka şəhəridir. Müasir Xarkovun əsası isə 1654-cü ildə qoyulmuşdur. Şəhər həm qədimliyi, həm müasirliyi, gözəlliyi, yaşıllığı, insanların gülərüzlülüyü ilə fərqlənir. Burada 142 elmi-tədqiqat institutu, 45 ali təhsil müəssisəsi, 16 muzey, şəkil qalereyası, 6 dövlət teatrı, 80 kitabxana var. Bu yazım Xarkovdakı ən maraqlı abidələr, parklar və tarixi yerlərin bir neçəsi haqqındadır. Xarkov şəhərinin düz mərkəzində Ukraynanın ən böyük meydanı "Maydan Svobodı" (Azadlıq meydanı) yerləşir. Bütün meydan qəmbər daşları ilə döşənmişdir. Meydanın yuxarı başında Leninin yıxdırılmış heykəlinin postamenti ucalır. Hər tərəf bayraqlarla bəzədilmişdir.

"Xarkov yasəməni" adlanan parkda məşhur dünya ulduzlarının - Alen Delon, Pyer Rişar, Milen Demonjo, Vladimir Fokin, Alla Surikova, Vladimir Daşkeviç, Katya Çenko və başqalarının lövhə üzərində əl izləri vardır. Bütün bağ yasəmən gülləriylə bəzənmiş və yasəmən ətrinə bürünmüşdür.

Xarkov şəhərinin Sumskaya küçəsində "Mironositskaya tserkov" (Sülhdaşıyan kilsə) və ya "sülsevər qadınlar kilsəsi" adlanan çox qədim tarixi olan, çox möhtəşəm bir abidə var. "Tarixi-statistik Xarkov yeparxiyasının təsvirlərində" Filaret ata qeyd edir ki, müqəddəs tarixdə İsanın çarmıxa çəkildiyi xaçın yanında anası, sevimli şagirdi İonna və İsaya etiqad edən qadınlar - Mariya Maqdalina, Mariya - İakovanın anası, Salomiya, Susanna və başqaları qalmışdılar. "Sülhsevər qadınlar kilsəsi" ifadəsi də məhz oradan qaynaqlanmışdır. Xatırladım ki, həmin o qadınlar həftənin tamamında (indiki bazar (воскресенье) İsanın tabutunun qapağının açıq olduğunu gördülər. Oradan bir mələk çıxaraq ilk olaraq İsanın dirildiyi xəbərini elə həmin o müqəddəs qadınlara vermişdir. Bu məbədin həmin o qadınlarla bağlı olduğu da iddia edilir. Hazırda kilsədə yenidənqurma işləri aparılır.

Məbədin qarşısında "Güzgü bulağı" var. Yeni evlənənlər bu yerə gəlib məhəbbət və sülh simvolu olan göyərçin uçururlar. Məbədin altından yerdən buz kimi soyuq bulaq qaynayır. Bura ilə "Mirinosets kilsə"sinin arasında yaraşıqlı və böyük fəvvarəli park var.

"Sarjin yar" adlanan bir gözəl məkan var ki, bu da sanki təbiətin şəhər içində abidəsidir. Şəhərin gur yerində, avtomobillərin, insanların, dünyavi proseslərin qaynadığı bir məkandan bu parka bircə addım ataraq başqa bir aləmə düşür insan. Bulaq, göl, çay, dağ, yaşıllıq göz oxşayır. Kimi balıq tutur, kimi sadəcə təmiz havada dincəlir, kimi yerdən qaynayan bulaq suyunda çimir, kimi də yaxındakı kilsədə ibadətə gəlir. Qeyri-adi bulaq minerallarla zəngindir. Suyun buz kimi soyuq olmasına baxmayaraq, yerli camaat böyük həvəslə burada çimir və bu suyun həm müqəddəs, həm də müalicəvi olduğuna inanırlar. Günün yorğunluğundan sonra bura gələn hər bir kəs dinclik tapır. "Sarjin yar"ın yuxarı hissəsində isə daha bir məbəd - "İkona Bojey Materi" məbədi ucalır. Ümumiyyətlə Xarkovda saysız-hesabsız, bir-birindən gözəl, öz möhtəşəmliyi ilə bir-birindən seçilən kilsələr ucalır.

Xarxovda daha bir gözəl və maraqlı bir məkan "Sevgililər körpüsü"dür. Bir-birini sevən aşiqlər, yeni evlənmişlər bu körpünün sürahisindən adları yazılmış qıfıllar asırlar. Bu öz məhəbbətlərinin sonsuz olduğunun və bir-birlərinə əbədi bağlanmalarının simvoludur. Üzərində Azərbaycan yazısı olan qıfıl da diqqətimi cəlb etdi.

Ukraynanın Xarkov şəhəri haqqında çox yaza bilərəm. Təmizliyindən, hələ də tramvayların, trolleybusların işləməsindən, insanlarının üzündəki təbəssümdən, bir-birinə hörmətlə yanaşmaqlarından, abidələrindən, mezeylərindən, kilsələrindən və s. Amma bircə bunu mütləq qeyd etmək istəyirəm ki, Xarkov hələ də, mədəni şəhərdir. Keçidlərdə yaşıl işıq yanmamış hələ də heç kim yolu keçməyə tələsmir. İnsanlar parkda, yolda, ictimai nəqliyyatda ətrafı zibilləmir, heç kim telefonda bərk-bərk danışmır. Heç kim bir-birini narahat etmir. Parkda günəbaxan tumu çırtlayıb zibilini yerə tökmür və ümumiyyətlə parkda tum çırtlayan görməzsən. Heç kim musiqini səsin son həddində saxlayıb avtomobil idarə etmir. Heç kim divarlara yazı yazmır. Eynən köhnə Bakımdakı kimi...

XANIM AYDIN

XARKOV köhnə BAKI kimidir- Reportaj | MANERA.AZ
XARKOV köhnə BAKI kimidir- Reportaj | MANERA.AZ
XARKOV köhnə BAKI kimidir- Reportaj | MANERA.AZ
XARKOV köhnə BAKI kimidir- Reportaj | MANERA.AZ
XARKOV köhnə BAKI kimidir- Reportaj | MANERA.AZ
XARKOV köhnə BAKI kimidir- Reportaj | MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31