manera.az
manera.az

Ən qədim Quran qaresinin səs yazısı tapılıb

📅 03.07.2015 11:19

Ən qədim Quran qaresinin səs yazısı tapılıb
Müqəddəs Qurani-Kərim qaresinin 130 il bundan əvvələ aid olan qədim səs yazısı tapılıb.

Müqəddəs Kəbədə ayələri oxuyan naməlum qarenin səsi fonoqrafla 1885-ci ildə yazılıb.

Audioyazı həmin il Niderland hökumətinin təqaüdü ilə Məkkəyə gələn islamşünas Kristian Snuk Qürxonya tərəfindən qeydə alınıb.

İslam dinini qəbul etməsi ehtimalı olunan şərqşünasın Əbdül Qaffar adı ilə də tanınması istisna edilmir.

Beş ay müqəddəs şəhərdə qaldığı bildirilən alim burada bir sıra çəkilişlər edib, müxtəlif audioyazıların qeydiyyatını aparıb.

Xatırladaq ki, 1877-ci il noyabrın 21-də Tomas Edison tərəfindən yaradılmış ilk fonoqraf cihazı səs yazısı aparatıdır. Aparat səsi yazarkən fırlanan barabanın üzərindəki silindrik formalı spiral da açılır ki, bu da nəzərdə tutulan səs yazılarını asanlıqla qeydiyyata ala bilir. / AzərTac


Baxış sayı - 2 742 | Yüklənmə tarixi: 03.07.2015 11:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031