manera.az
manera.az

I Pyotr: «Ağlı və bacarığı mükəmməldir, buna görə dişləyə bilər» - Lev Tolstoy haqda

Lev Tolstoy haqda bilmədikləriniz


I Pyotr: «Ağlı və bacarığı mükəmməldir, buna görə dişləyə bilər» - Lev Tolstoy haqda Tolstoyun həyatı və şəxsiyyətiylə əlaqədar çox böyük məlumatımız yoxdur və bu məlumatları onun əsərlərindən almağa çalışırıq.

Tolstoy ailəsinə və xüsusilə babalarına çox bağlı idi. Və əsərlərindəki xarakterlər də onlardan qaynaqlanır. O, 2 yaşında olarkən anası, 10 yaşında olarkən isə atası və ata nənəsi ölür. Yetimlik, Tolstoyun həyatında dərin izlər buraxır.
Tolstoy ailəsində fərqli və maraqlı şəxsiyyətlər vardı. I Pyotra çox yaxın olan babası, Pyotr tərəfindən 1697-ci ildə Avropaya göndərilir. Hollandiya, Almaniya və İtaliyaya gedir.

Məqsəd buralardakı yenilikləri görüb bunları Rusiyaya gətirmək idi. Babası dünya görmüş bir adam idi, amma ruhu hələ gənc idi. Bu dövrdə - 60 yaşındaykən gedir Avropaya. İtalyanca və Latınca da çox yaxşı öyrənir. Çox qabiliyyətli və ağıllı bir insan imiş. I Pyotr baba Tolstoy üçün deyir: "Ağlı və bacarığı mükəmməldir, buna görə dişləyə bilər. Bunun üçün hər zaman əlimin altında daş saxlamalıyam ki, dişləmək istəyəndə başını əzə bilim" Baba Tolstoy ilk dəfə səfir olaraq Osmanlıya göndərilir və ağlı sayəsində sarayla möhkəm bağlar yaradır. Rusiya üçün çox çalışır və bu işlərin sonunda ölkəsinə qayıtmaq istəyir. Lakin I Pyotr bunu qəbul etmir. Osmanlı-Rus münasibətlərinin soyuqlaşdığı bir dövrdə baba Tolstoy iki il Türkiyədə Yedikule zindanlarında həbsdə qalır və Osmanlıyla Çar Rusiyası anlaşınca azad edilir. Verilən bütün vəzifələri yerinə yetirən baba, Çar tərəfindən "Qraf" adlandırılaraq şərəfləndirilir. Pyotr öldükdən sonra həbs edilir və həbsdə ölür.
Lev, doğulduğu yeri çox sevir və həyatının böyük hissəsini orada keçirirdi. Yasnaya Polyanadakı bu torpaqlar ana tərəfindən keçir Levə.

Ana babası müharibədəykən, nənəsi bir gecə yuxu görür. Bir mələk ona bir ikona uzadır və "bunu mütləq ərinə ver", deyir. Qadın səhər oyanır və cəbhəyə gedir. Ərinə həmin ikonanı çatdırır. Sinəsində daşıdığı ikona, bir güllənin babasının sinəsini deşib keçməsinə mane olur.

Levin anası da bu şəhərdə doğulub. Babası (Nikolay Sergeyeviç) qızının təhsilli bir insan olmasını istədiyindən o,riyaziyyat, iqtisadiyyat fənnləriylə birlikdə botanika və biologiya dərsləri də alır. Çox qabiliyyətli idi anası, qısa hekayələr yazırdı. O dövrdəki zadəganlardan fərqli olaraq, yalnız fransız deyil, çox mükəmməl formada rusca da danışarmış. 1820-ci ildə Nikolay Sergeyeviç ölür və qızı Mariya tək qalır. 1824-cü ildə Mariya, Nikolay İliçlə qarşılaşır. Mariyanın atasının ölümündən sonra iqtisadi vəziyyəti pisləşməyə başlayır. Nikolay İliç isə zəngin bir adam idi. Görücü üsulu ilə evlənsələr də daha sonra çox aşiq olurlar bir-birinə.
Lev, anası Mariya öldükdən sonra yetim qalır. Bütün uşaqlarda bunların izi görünür. Buna baxmayaraq, Tolstoy çox xoşbəxt olduğunu söyləyir və ətrafında onu həqiqətən də sevən insanların olduğunu dilə gətirir.

Ana sevgisinə möhtac olması Tolstoy üçün fərqli bir ilham mənbəyi olur. Onun obrazını görürmüş. Həmişə aydın və işıq saçan gözlərindən bəhs edərmiş. "Uşaqlıq" adlı əsərində "çox istəyərdim onun əllərinin istiliyini hiss edəm, lakin hiss edə bilmədim" deyir.
Ana həsrəti olmasaydı Tolstloyun əsərləri hansı istiqamətə yönələcəkdi, bilmirik.

Biografiyanı yazanlar Mariya haqqında gözəl şeylər yazıb, ata Nikolayı həmişə ikinci planda buraxırlar. Tolstloyun atası yaxşı bir ovçu və at minicisi olub. Eyni zamanda yaraşıqlı və iqtisadi problemləri həll etməkdə mükəmməl baş quruluşuna və iti ağıla malik bir adam olub. Tolstoy atası üçün, "Çox qürurlu bir adam idi, heç boyun əymədi. Bu halını gördükcə daha çox bağlandım, onu daha çox sevdim. Amma öldükdən sonra necə sevdiyimi daha yaxşı anladım" deyir.
Tolstoyun həyatında əhəmiyyətli rolu olan digər insan, xanımı Sofiyadır. 1862-ci ildə evlənirlər və Yasnaya Polyanada məskunlaşırlar. Evliliklərinin ilk zamanları çox gözəl keçir. Arvadı və Tolstoy bir çox ortaq yönləri olduğunu görür. Ferma həyatıyla maraqlanırlar; inək, toyuq saxlayırlar.

Tolstoy pedaqogika ilə də maraqlanar. 1850-ci ilin sonunda kəndli uşaqları üçün bir məktəb açır. Lakin əvvəlcə kənd əhalisi ona güvənmir və uşaqlarını bu məktəbə göndərmirlər. Daha sonra Levin səmimi olduğunu görür və uşaqları məktəbə göndərirlər. Lev, məktəbin tədris planını özü hazırlayır, yaş fərqləri olan uşaqların hamısı eyni mühitdə təhsil alırlar. O, uşaqlardakı nadir cövhəri ortaya çıxarmağa çalışır. Rus dili, riyaziyyat, biologiya və botanika dərsləri verir. Uşaqlar böyüyəndə xatirələrini yazırlar və bu xatirələrdə Tolstoydan aldıqları təhsilin həyatlarına necə böyük təsir etdiyini yazırlar. Tolstoy pedaqoji sahədə biliyini inkişaf etdirmək üçün Avropaya gedir. Pedaqoji jurnal çıxarır. Ən əhəmiyyətli işini əlifba işləri sahəsində görür. Uşaqlar üçün, uşaq dilində əxlaqi və dini prinsipləri anladan əhvalatlar qələmə alır.

Tolstoyun 13 uşağı olur, lakin beşi kiçik yaşda ölür. O, 60 yaşındaykən ən kiçik uşağı doğulur. Ən kiçik uşağı doğulana qədər uşaqlarıyla həmişə məsafəli bir əlaqəsi vardı, lakin Vanyayla oyunlar oynayar, çox maraqlanardı onunla. Vanya üçün, "həm şəxsiyyət kimi, həm də ədəbiyyat sahəsində mənim davamçımdır" deyərmiş Tolstoy. Vanya həqiqətən də çox qabiliyyətli imiş. Lakin yeddi yaşına çatmadan ölür. Bu ölümlə ailə böyük bir faciə yaşyır. Bundan sonra ailədə qara rənglər meydana gəlir. Tolstoyun şəxsiyyəti dəyişir, ər-arvad münasibətləri dəyişir və yazıçı mənəviyyata üz tutur. Yazılarında da fərqli şeylər yazmağa başlayır, dünya görüşü dəyişir.

1910-cu ildə evidən çıxıb yola düşür, ailəsindən uzaqlaşmaq üçün yox; həqiqəti axtarmağa gedir. Astapovodakı qatar stansiyasında sətəlcəmdən ölmüş halda tapılır. Bir rəvayətə görə mindiyi qatar Konstantinapola gedirmiş. Çünki Sevastopol Döyüşündə türk əsirlərlə çox danışmışdır Tolstoy. Buradakı həyat, Quran haqqında çox məlumat toplamış və simpatiya bəsləmişdir.

Bu gün Tolstoyun məzarı Yasnaya Polyanadadır, vəsiyyətinə uyğun olaraq. 1911-ci ildə həyat yoldaşı yaşadıqları evi bir muzeyə çevirir və Anna Kareninanı yazdığı otağı da ziyarətçilərə açır. O dövrdə Çara bu evin muzey statusu alması üçün müraciət olunsa da, bununla bağlı 1921-ci ildə qərar çıxır. Muzeyə kiçik qızı müdirlik edir. Bolşevik Qiyamı zamanı muzeyə zərər toxunmayıb. II Dünya Müharibəsində faşistlər bu muzeyi sığınacaq kimi istifadə edirlər. Nəvəsi, faşistlərin əlinə keçməsin deyə Tolstoyun əlyazmalarını şimala qaçırır. Müharibədən sonra da muzeylə bağlı çətinliklər ortaya çıxsa da Tolstoy ailəsi həmişə muzeyə sahib çıxır. Muzey getdikcə böyüyür, 1994-cü ildə 90 işçisi varkən bu gün muzeydə 584 personal çalışır. Bura yalnız bir muzey də deyil. Burda Tolstoy prinsipləriylə təhsil verən bir körpələr evi də var. Bu muzey dünyadakı bütün Tolstoylar üçün bir evdir. Uşaqlar üçün hər il düşərgələr təşkil edilir, ədəbiyyatla bağlı tədbirlər keçirilir. Bununla da Tolstoy, bütün nəsillərə tanıdılır.

Tolstoy musiqiyə fərqli baxırdı: "Bütün sənətlərin fövqündə dayanan və duyğulara ən çox xitab edən sənət növüdür", deyirdi. Musiqi dinləmələri Tolstoy ailəsinin evində ənənəvi bir hal almışdı. Evlərində ayrıca olaraq çox böyük bir not kitabxanası var idi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031