manera.az
manera.az

Tarixi abidələrimiz “qorunur”?! - REPORTAJ | MANERA.AZ



Tarixi abidələrimiz “qorunur”?! - REPORTAJ | MANERA.AZ
manera.az
Respublikamızın şimal qərbində Böyük Qafqaz dağlarının qoynunda yerləşən Zaqatala rayonunun təbiəti əsrarəngiz gözəldir. Elə bil lap nağıldı. Qoz, fındıq, şabalıd, palıd ağacları ilə bəzənmiş sıx meşələr, gur şəlalələr, çaylar, buz bulaqlar, quş südü, can dərmanı - nə istəsən var bu bölgədə. Var olan bir də tarix və mədəniyyət abidələridir.

Azərbaycan Respublikası 2 avqust 2001-ci iltarixli qərarına əsasən bu ərazidə 108 abidə qeydə alınmış və onlar hazırda dövlət tərəfindən qorunur. Pəri qalası, Armatay qalası, Şeytan qalası, Cingözqala, Zaqatala qalası, qədimi məscidlər, orta əsrlərə aid alban məbədləri, kilsələri, qalaları və sairə regionun tarixinin çox qədimlərə getdiyini sübüt edir. Alban məbədləri Zaqatalanın demək olar ki, bütün kəndlərində - Mazıxda, Kebelobada, Mamruxda və s. var. Zaqatala şəhərinin mərkəzində - Qala divarlarının aşağısında, məşhur Dədə-Qorqud meydanın tam yaxınlığında IV-V əsrlərdə inşa olunmuş möhtəşəm bir alban məbədi ucalır. Diqqətimi cəlb etdi. Uzaqdan çox əzəmətli, lakin çox baxımsız görünürdü. Evlərin arasından ora yol tapdım. Gördüyüm mənzərə məni məyus etdi.

Alban məbədinin giriş qapısında "Alban məbədi, IV-V əsr, inventar № 5210, Dövlət tərəfindən qorunur" sözləri yazılan bildiriş olsa da, bayır tərəfdən divarları bərbad vəziyyətdə idi. Üzərində sevgi etiraflarından tutmuş nə istəsələr yazıblar. Lap yaxınlığında yaşayan sakinlərsə, hətta evlərindən ora ip çəkib paltar da sərirlər. Giriş qapısını taxta, köhnə nərdivanla bağlayıblar. İçəri boylandım gözümdə sanki səmalara dirənən gümbəz və çox yuxarıdakı pəncərərlərdən hər tərəfdən ora düşən günəş şüaları görünürdü. Burdan içəri keçmək mümkün olmadı. Qala tərəfdən girişi uçuq-sökük olsa da açıq idi. İlk baxışdan çox vahiməli görünsə də, məbədin içərisində qəribə bir saflıq, harmoniya, rahatlıq və sanki tanrı nəfəsi vardı. İnsan başqa bir təqvimə, başqa bir epoxaya, başqa bir aləmə düşdüyünü hiss edir. Kənarlarında gümbəzi saxlayan qalın sütunlar ucalırdı. Onların da üzərində müxtəlif yazılar vardı. IV-V əsrlərdə inşa edilmiş bu məbəd əzəməti ilə ərazidə olan digər məbədlərdən çox seçilir.

Ümumiyyətlə struktur baxımından da qeyri adidir. Mənfur ermənilər bu qədim məbədi "erməni kilsəsi" adlandıraraq, hələ sovetlər dönəmindən camaatda belə bir təsəvvür yaratmaq istəyirlərmiş ki, guya onlar IV əsrdə Böyük Qafqaz dağlarının sakini olmuş, bu abidələr onlara məxsus olmuş və bununla da öz xalqlarının qədimliyini sübuta yetirməyə cəhd göstərirlərmiş. Lakin tarix hamişə hər şeyi öz yerinə qoyur. Təbii ki, bu ermənilərin minlərlə uydurduğu yalanlardan biridir. Məndə təəssüf doğuran isə bu alban məbədinin üzərində "Dövlət tərəfindən qorunur" sərlövhəsi olmağına baxmayaq, tamamilə baxımsız vəziyyətdə olmasıdır. Niyə axı biz bu cür tarixi abidəni diqqətdən kənarda qoymuşuq. Uçulub dağılan o divarların bərpaya, baxıma ehtiyacı var. O ucalıqda, o möhtəşəmlikdə bir məbəd yetim - anasız, atasız, kimsəsiz, atılmış bir uşaq kimi şəhərin mərkəzində boynu bükük qalıb!..

Tarixi abidələrimiz “qorunur”?! - REPORTAJ | MANERA.AZ
Tarixi abidələrimiz “qorunur”?! - REPORTAJ | MANERA.AZ
Tarixi abidələrimiz “qorunur”?! - REPORTAJ | MANERA.AZ
Tarixi abidələrimiz “qorunur”?! - REPORTAJ | MANERA.AZ

XANIM AYDIN
Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930