manera.az
manera.az

Multikulturalizm Azərbaycanda həyat tərzi kimi MANERA.AZ

Multikulturalizm Azərbaycanda həyat tərzi kimi MANERA.AZ
Xarici və yerli tələbələrin Multikulturalizm Mərkəzinin təşkil edəcəyi yay məktəbindən gözləntiləri böyükdür

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə cari ilin yaz semestrində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu yerli və xarici universitetlərdə təhsil alan tələbələr üçün “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq yay məktəbi layihəsi həyata keçirməyi planlaşdırır.

Bu barədə manera.az-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildiriblər.

İyulun 21-dən avqustun 1-dək keçirilməsi nəzərdə tutulan beynəlxalq yay məktəbində iştirakçılar Azərbaycanın tarixi, dili, etnoqrafiyası, mədəniyyəti haqqında biliklərə yiyələnməklə yanaşı, ölkəmizin regionlarına səfər edəcək, müxtəlif etnik qrupların adət-ənənələri ilə yerində tanış olacaqlar. Bu da nəticədə tələbələrə Azərbaycan multikulturalizmi haqqında praktik biliklərini zənginləşdirmək imkanı yaradacaq.
Multikulturalizm Mərkəzi beynəlxalq yay məktəbi ərəfəsində həm xarici ölkə universitetlərini, həm də Azərbaycanı təmsil edən tələbələrdən bu tədbirdən gözləntilərini öyrənib.

Litva Vytautas Magnus Universitetinin tələbəsi Gediminas Laskauskas bildirib ki, beynəlxalq yay məktəbindən ən əsas gözləntisi Azərbaycanın gözəl mədəniyyəti və ənənələri ilə tanışlıqdır. O deyib: “Başqa sözlə, mən bu yay məktəbinin Azərbaycanın milli mədəni xüsusiyyətlərini, tarixini öyrənmək, görmək və hiss etmək üçün doğru yer olduğuna inanıram. İkinci və çox mühüm məqsəd maraqlı, tolerant, dostsevər, müxtəlif mədəniyyətlərə sahib olan insanlarla, həmçinin ekspertlərlə, siyasətçilərlə və başqa sahələrin mütəxəssisləri ilə tanışlıqdır. Son olaraq, mən özüm də Litva və Azərbaycan arasında ayrıca körpü qurmaq istərdim. Bu müxtəlif formatlarda ola bilər, akademik və ya şəxsi. Bu, mənim Azərbaycana, ümumiyyətlə, Qafqaz regionuna ilk səfərim olacaq. Şəxsi təcrübəmə və beynəlxalq münasibətlər sahəsindəki tədqiqatlara əsaslanaraq deyə bilərəm ki, Azərbaycan müxtəlif forumlarda, mədəni və idman tədbirlərində fəal iştirak edərək öz beynəlxalq imicini artırır. Azərbaycanın müasirliklə birləşmiş zəngin mədəni irsi var və o, regionun əsas dövlətinə çevrilib.

Azərbaycan multikulturalizm ideyalarını təbliğ edir, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edir. Buna görə də mən səbirsizliklə Azərbaycana getməyimi gözləyirəm. Paytaxt Bakı dünyada surətlə inkişaf edən şəhər kimi tanınır. Mənə orada təkcə turizm yerləri deyil, həmçinin kənd həyatını və etnik qrupların kompakt yaşadığı yerləri də görmək maraqlıdır. Qafqaz dağlarını görmək imkanının olması da çox maraqlıdır. Bu yaxınlarda yay məktəbinin proqramı ilə tanış olmuşam və etiraf etməliyəm ki, müxtəlif mühazirələrin, fəaliyyətlərin, mövzuların və gedəcəyimiz şəhərlərin sayı məni heyran edib”.

İtaliya Neapol II Federiko Universitetinin tələbəsi Karlo Kotaldo deyib: “Mənim beynəlxalq yay məktəbindən gözləntilərim multikultural mühitlə, dünyanın fərqli ölkələrindən gələn insanlarla, fərqli fikirlərlə tanış olmaq, öz şəxsi bacarıqlarımı inkişaf etdirmək və gələcəkdə karyerama faydalı ola biləcək əlaqələr yaratmaqdır. Sözün düzü, Erasmus tələbə mübadiləsi proqramından əvvəl mənim Azərbaycan haqqında çox məlumatım yox idi, mən azərbaycanlıları tanıdıqca bu ölkə ilə maraqlanmağa başladım. Onlar öz mədəniyyətləri haqqında danışanda bu, məni çox təsirləndirdi və qürurlandırdı. Mən öyrəndikcə bu ölkənin inkişaf etmiş və böyük potensiala malik olduğunu gördüm. Mən Azərbaycan milli mətbəxinin taamlarının dadına baxmaq istəyirəm, Azərbaycanda olan mənzərələri, guşələri görmək və sadə azərbaycanlılarla söhbət etmək istəyirəm. Məhz bunlar mədəniyyətin və ənənələrin ən gözəl göstəricisidir. Proqram olduqca yaxşı balanslaşdırılıb, dinamikanı çox sevdim. Mühazirələr və səyahətlər cədvəli çox yaxşıdır. Proqram bir çox sahəni əhatə edir, tarixdən incəsənətə, dindən idmana kimi hər şey öz əksini tapıb. Mən bu proqramda iştirak edəcəyimə görə çox həyəcanlıyam”.

ADA Universitetinin tələbəsi Tokay Əhmədov beynəlxalq yay məktəbindən yaxşı perspektiv, daha doğrusu, gələcək karyera üçün yeni tanışlıq əldə etmək imkanlarını gözlədiyini söyləyib.

Gəncə Dövlət Universitetinin tələbəsi Raksana Bayramova bildirib ki, onun yay məktəbindən gözləntiləri çoxdur. Ən əsası, yeni dostlar qazanmaq, yeni mədəniyyətlərlə tanış olmaq, eyni zamanda, ölkəmizi, mədəniyyətimizi xarici dövlətlərin nümayəndələrinə tanıtmaq, Azərbaycan multikulturalizmini daha dərindən öyrənmək, təbliğ etmək, birlikdə gözəl və səmərəli vaxt keçirmək və s. O, əmin olduğunu bildirib ki, yay məktəbi gənclərə çox şey qazandıracaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728