manera.az
manera.az

Fransalı yazıçılar və sənətşünaslar Bakıda... | MANERA.AZ

Fransalı yazıçılar və sənətşünaslar Bakıda... | MANERA.AZ
Manera.az
Bu gün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Multikulturalizm Mərkəzində Fransanın bir qrup məşhur yazıçıları ( Matthias Debureaux, Blandine Rınkel, Michka Assayas, Bertrand Burgalat və Patrick Amsellem) və sənətşünasları ilə görüşüb.

Akademik Kamal Abdulla qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələri barədə məlumat verib.

Dövlət Müşaviri Mərkəzin yaranmasının əsas məqsədlərindən biri kimi Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin dünyaya tanıtmaq olduğunu qeyd edib.

Bu məqsədlə Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələr barədə söhbət açan Kamal Abdulla “Azərbaycan multikulturalizmi” fənninin 7 xarici ölkə universitetlərdə tədrisi barədə qonaqlara ətraflı məlumat verib və bu universitetlərin sayının növbəti dərs semestrindən etibarən daha da artacağını vurğulayıb.

Fransalı yazarlar da avropada multikulturalizm haqda söz açıb və bu sahədə muasir dövrdə yaşanan problemlər barədə fikirlərini bölüşüblər.

Görüşdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, pianoçu Fərhad Bədəlbəyli, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşları Pənah Cahangirov və Anna Bayramova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin sədri Reyhan Hüseynova, yazıçı Natiq Rəsulzadə, tarixçi alim Fuad Axundov, Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi kafedrasının müdiri Aytən Qəhrəmanova və “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs də iştirak edib.

Manera.az

Fransalı yazıçılar və sənətşünaslar Bakıda... | MANERA.AZ
Fransalı yazıçılar və sənətşünaslar Bakıda... | MANERA.AZ
Fransalı yazıçılar və sənətşünaslar Bakıda... | MANERA.AZ
Fransalı yazıçılar və sənətşünaslar Bakıda... | MANERA.AZ
Fransalı yazıçılar və sənətşünaslar Bakıda... | MANERA.AZ
Fransalı yazıçılar və sənətşünaslar Bakıda... | MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728