manera.az
manera.az

"Azərbaycanşünaslığın aktual problemləri"

"Azərbaycanşünaslığın aktual problemləri"

Bu gün Bu gün "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda VI beynəlxalq elmi konfrans başlayıb.

Tədbir Bakı Slavyan Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev, ombudsman Elmira Süleymanova, deputatlar, xarici mütəxəssislər, alimlər iştirak edib.

Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycanşünaslıq ölkə elminin mühim aspektlərindən biridir və bir sıra istiqamətləri dərindən araşdırılmalıdır.

"Azərbaycanşünaslığın aktual problemləri"Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bildirib ki, konfransın keçirilməsinin əhəmiyyəti böyükdür: "Konfrans 30 yaxın ölkə arasında mənəvi körpü qurur. İştirakçılar Qax və Şəkiyə də gedəcəklər. Azərbaycanın bölgələrində olan vəziyyətlə tanış olacaqlar".
Ombudsman Elmira Süleymanova deyib ki, tədbir çox əhəmiyyətli mövzuya həsr olunub: "Azərbaycançılıq digər ölkələrdəki ideologiyadan fərqlidir, çünki bu millətçilik deyil beynəlmiləlçilikdir".

Təhsil nazirinin müavini Firudin Qurbanov, xarici mütəxəssislər çıxış edərək konfransın əhəmiyyətini qeyd ediblər.
Konfrans mayın 7-ə kimi davam edəcək.
"Azərbaycanşünaslığın aktual problemləri"Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930