manera.az
manera.az

Türk Dünyası Sinemaçılar Birliyinin toplantısı keçirilib

📅 11.12.2017 16:59

Türk Dünyası Sinemaçılar Birliyinin toplantısı keçirilib
Dekabrın 7-9-da İstanbulda Türkdilli Dövlətlərin Sinemaçılar Birliyi (TDSB) İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan komitənin sədri kinorejissor Xocaqulu Narliyev (Türkmənistan) türk xalqlarının ortaq tarix və mədəniyyətinin təbliğ olunmasında kino sənətinin imkanlarından səmərəli istifadə olunmasının əhəmiyyətinidən danışıb.

Qurumun yaxın zamanda görəcəyi işlərdən söhbət açıb Türk Dünyası Qəzetçiləri Federasiyasının sədri, TDSB İcraiyyə Komitənin icraçı direktoru Menderes Demir və baş katibi Oktay Mir-Qasım filmlərin istehsalına və yayımına dəstək göstərmək məqsədi ilə TDSB-nin maliyyə fondunun yaradılması yolları, birgə film istehsalı, kino təhsili sahəsində təşəbbüslər haqqında fikirlərini bölüşüblər.

Türkiyənin yaradıcı kinematoqrafçılar birliklərinin rəhbərlərindən İsmayıl Günəş, Fədai Öztürk, Mehmet Gülərüz, Turan Şahin, eləcə də rejissorlardan Artıkpayı Suyundukov (Qırğızıstan), Sadıx Şerniyaz (Türkmənistan), Aybek Kopadze (Özbəkistan), prodüserlər İlyas Boqatıryov (Rusiya), Kanat Torebay (Qazaxıstan) müzakirələrdə qurumun inkişaf etdirilməsi ilə bağlı təkliflərini irəli sürüblər.
Türk Dünyası Sinemaçılar Birliyinin toplantısı keçirilib
Tədbirdə müşahidəçi qismində iştirak edən Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Sinema Baş İdarəsinin müdiri Erkin Yılmaz, Qırğızıstan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya Baş İdarəsinin müdiri Muxtalı Bektenalıyev, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, Mədəniyyət nazirliklərinin nümayəndələri TDSB-nin fəaliyyətini yüksək qiymətləndirdiklərini və nəzərdə tutduğu planların həyata keçirməsi üçün yardımçı olacaqlarını bildiriblər.

TDSB-nin İcraiyyə Komitəsinin iclasında müzakirə edilib qurumun nizamnamə layihəsinin tanış olmaq üçün yerlərə göndərilməsi qərara alınıb.


Baxış sayı - 1 047 | Yüklənmə tarixi: 11.12.2017 16:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031