manera.az
manera.az

"Siraç" filmi Bakıda - "6 ölkə, 1 festival"

📅 14.10.2017 11:52

"Siraç" filmi Bakıda - "6 ölkə, 1 festival"

Oktyabrın 13-də Nizami Kino Mərkəzində Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyi, Yunus Əmrə İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə keçirilən II Türk Dünyası Sənədli Filmlər Festivalı çərçivəsində növbəti mərasim baş tutub olub.

MANERA.AZ xəbər verir ki, əvvəlcə festivalla bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, səfirliyin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi, Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmir çıxış edərək festivalın müxtəlif ölkələrdə yaşayan türklərin zəngin mədəniyyətə malik dəyərlərini tanıtmaq və dünyaya təqdim etmək baxımdan əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, “6 ölkə, 1 festival” devizi ilə təşkil edilən festival qardaş türk xalqlarının bir-birilərini daha yaxından tanımalarına xidmət etmək məqsədi daşıyır.

Vurğulanıb ki, bu ildən etibarən festivalda mərhum azərbaycanlı rejissor Tofiq İsmayılovun xatirəsinə xüsusi mükafat təyin edilib.

Mükafata Başqırdıstandan Kirsten Qaynetin “7 Maidens Theatre” filmi layiq görülüb.

Daha sonra Türkiyə istehsalı olan sənədli film - “Sıraç” nümayiş etdirilib.

Türkiyəli rejissor Gülşən Sarunun “Sıraç” filmi festivalda üçüncü yerə layiq görülüb.

Filmin mövzusu Türkiyənin Tokat, Yozqat, Sivas, Çorum bölgələrində yaşayan türkmən Sıraç tayfasının mədəni dəyərləri və yaşam tərzi ilə bağlıdır. Sıraçlar Səfəvi İmperiyasının qurulmasında iştirak etmiş Oğuzun Bəydilli tayfasına məxsusdurlar.

Film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Fatimə,
MANERA.AZ


Baxış sayı - 2 027 | Yüklənmə tarixi: 14.10.2017 11:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031