manera.az
manera.az

"Türk dünyası şeir axşamı” keçiriləcək

📅 28.11.2017 18:20

"Türk dünyası şeir axşamı” keçiriləcək
Dekabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, universitetin və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) birgə təşkilatçılığı ilə "Türk dünyası şeir axşamı” adlı tədbir keçiriləcək.

DGTYB-nin məsləhət şurasının sədri, şair Əkbər Qoşalı bildirib ki, "Bakıdan türk dünyasına” adlanan layihə çərçivəsində silsilə tədbirlər təşkil olunacaq. Belə ki, dekabrın 2-də Azərbaycanda Atatürk Mərkəzində layihənin ilk tədbiri keçiriləcək.

Tatarıstan Yazıçılar Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi Danil Salih, Qazaxıstanın Əməkdar Mədəniyyət İşçisi Almas Ahmetbekoğlu (Sakbayev) tədbirlərə fəxri qonaq kimi dəvət olunublar.

Tədbirlərdə Türkiyə, İran, Özbəkistan, Qazaxıstan və digər ölkələrin gənc yazarlarının iştirakı gözlənilir.


Baxış sayı - 1 780 | Yüklənmə tarixi: 28.11.2017 18:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031