manera.az
manera.az

“Türk Dünyası: Sibirdən Balkanlara” - etno foto sərgisi /MANERA.AZ

📅 03.10.2016 10:52

“Türk Dünyası: Sibirdən Balkanlara”  - etno foto sərgisi  /MANERA.AZ
Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısında imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxşıvan Sazişi”nin ildönümü münasibətilə türkoloq alim Güllü Yoloğlunun “Türk Dünyası: Sibirdən Balkanlara” adlı etno foto sərgisinin açılış mərasimi keçirilib.

MANERA.AZ-a verilən məlumata görə sərgidə AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mübariz Göyüşlü, Moldova Respublikasının Azərbaycandakı səfiri George Leuka, politoloq Vüqar Zifəroğlu, ATXƏM-in icra katibi İlqar İlkin, eləcə də digər alim və ziyalılar iştirak ediblər.

Çıxışçılar müəllifin təqdim olunan fotolarının ayrı-ayrı türk xalqlarının məişəti, tarixi və mədəniyyətinin bir sıra məqamlarını özündə əks etdirdiyini bildiriblər.

Etnoqraf Güllü Yoloğlu sərgi haqqında məlumat verərək Türkiyə, KKTC, Qazaxıstan, Rusiya (Tıva, Xakasiya), İraq, Moldova, Rumıniya, Makedoniya, İran, Özbəkistan və digər ölkələrdəki araşdırmaları zamanı çəkdiyi 60 fotoşəklin nümayiş olunduğunu qeyd edib.

Qeyd edək ki, sərgi oktyabrın 7-dək davam edəcək.


Baxış sayı - 1 510 | Yüklənmə tarixi: 03.10.2016 10:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031