manera.az
manera.az

Akif Səmədə məktub | MANERA.AZ


Akif Səmədə məktub | MANERA.AZ
Çinarə Ömray


- Salam Akif bəy! Necəsiz?

Sizə taa uzaqdan yazıram. Bir zaman insanların sizi incitdiyi, dostların əsil dost olmadığını anladığınız həmin o şəhərdən yazıram. Sizə sevdiklərinizin yanından yazıram bəy. Burda hər şey qoyub getdiyiniz kimidir. Bir az insanlar böyüyüb, bir az şəhər dəyişib. Əksinə olsaydı nə gözəl olardı. Hə? Şəhər böyüyüb, insanlar dəyişib olsaydı? Amma təəssüf ki, insanlar dəyişə bilmirlər bəy! Yaxşılar da çox qalmır. Hamısı tələsirmiş kimi siz olan ölkəyə qaçırlar.

İlk bu şerinizi oxumuşdum
Güldən soruşan tapılmır,
Soruşurlar xardan məni.
Əkilməmiş ağacda nar,
Asın həmin nardan məni.

Yazını fələklər yazır,
Məzarı mələklər qazır,
Kətilim, kəndirim hazır,
Eləməyin dardan məni.


Sonra sizin haqqınızda maraqlanmağa başladım. Mənə maraqlı gələn məqamlardan biri də o oldu ki, hamı elə böyük sevgiylə, qəribə bir gözəlliklə danışırdı ki, sizdən. Ən gözəli isə odur ki, kimdən soruşdumsa hamı bir ağızdan “Mərd adam olub!” dedilər. Nadir adamlar olur ki, hamının yaddaşında eyni cür qala bilir. Çünki insanlar hamını eyni cür qəbul etmirlər. Biri yaxşı, biri pis, biri mərd, biri dürüst kimi tanıyırlar. Demək ki, necə var imişsinizsə elə də görünürmüşsünüz . Nə kiməsə xoş getsin deyə dürüst ola bilmisiniz, nə kiməsə xoş olsun deyə mərhəmədli görsənibsiniz. Elə hamıyla olduğunuz kimi olmusunuz - Mərd. Ona görə də bu gün hamı sizi bu sözlə xatırlayır “Mərd adam olub!”

Bu yaxınlarda İbrahim ilyaslı mənə sizin ölümünüzdən sonra çapdan çıxmış bir kitabınızı hədiyyə etdi. Mən onda daha yaxından tanıdım sizi. Şeirlərinizin çoxunu oxudum və oxuduqca anladım ki, bəzi insanlar özləri həyatda olmasa da sözləri belə bir külək kimidilər. Bəzən meh olurlar, sənin ruhunu dincəldirlər, bəzən də dəli külək olub dünyanın altını üstünə çevrə bilirlər. Sözləri ilə yaşayarlar yəni. Sizin kimi. Məncə vücud ruhun geyimidir. Allah bəzən ruhumuzu elə geyindirər ki, baxarsan cındırından cin ürkər, amma ruhun zənginliyini görərsən və sadəcə olaraq qarşısında diz çökərsən. Bəzən də geyim ruhu tamamlayar ya da tam əksi. Ruhunzla, geyiminizlə bir şəxsiyyəti xarakteriza edən sizin o balaca insan ürəyinizin prizmasından böyük dünyaya baxmaq cəhdinizə həqiqətən heyrətləndim.

Şeirləriniz bir dağı xatrlatdı mənə. Hər zaman varlığını görüb belə qorxmadan yaşamaq olar.

Sizin yazdığınız həm də yazmaq istədiyiniz həsrətin yaşı çoxdur, lap çox...

Yüz illərin o başından boy göstərən həsrətin şəklini çəkmək istəyir bu yazılar.

Bəy, burda hər şey qoyub getdiyiniz kimidir. Bilirəm narahat olduğunuz bir də Ulucay var. Sizə bənzəyir o da. Özünü üzülmürmüş kimi görsədir. “Yaxşıyam” sözünü yamayıb dilinə. Əslinə içi sızıldayır bilirəm. Nə vaxtsa gələcəyinizə inanır. Bu bir nağıl kimidir. Gerçək olmadığını bilir, amma yenə də inanmaq ona xoş olur. Sizinlə də fəxr edir. Elə gözəl danışır ki, sizdən. Adam elə hey sizi ondan dinləmək istəyir. Yaxşıdı. Rahat olun. Siz ona ən gözəl mirası – insanlığı qoyub getmisiniz.

Bu gün bütün sizi sevənlər pərişandır. Çünki bu gün tam 11 il ötür. 11il öncə tərk etdiniz bu şəhəri də, bu insanları da. Bütün dostlarınız bikefdir bu gün. Günəş də, ağclar da, otlar, çiçəklər, yamaclar da qəmlidiir bu gün. Hər birinin həmin günlə bağlı öz xatirəsi var. Hani bir söz var deyerlər ki, “bəzən elə yanarsan ki, içdən. özdə tüstülənə-tüstülənə” . Baxın bu gün sizin ölümünüzə dostunuz günəş də elə yanır. Hətta istisi bizi də qarsır. Sizin yoxluğunuza günəş qədər yanıb istisini içlərinə udan insanlar da var.

Bu gün sizi sevənlər hamı sizdən yazır bəy. Hamı bacardığı qədər yazılarında da olsa sizi çəkməyə çalışırlar. Amma bilmirlər ki, göz yaşıyla şəkil çəkməzlər! Göz yaşının rəngi olmur.

Məktubumu burda tamamlıyıram. Bəy mən inanıram sizlərin bizi gördüyünə. Hərdən babama da belə məktub yazıram. Burda olanlardan, o gedəndən sonra baş verənlərdən. Mən məktublarımda babama “Daşlaşmış sevgim” deyə müraciət edirəm. Sizə də daşlaşmış şairim desəm olarmı, bəy?
Allah sənə rəhmət eləsin daşlaşmış şairim!


Çatacaq: Akif Səmədə!

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031