manera.az
manera.az

Ədəbiyyatşünas Rüstəm Kamalın doğum günüdür | MANERA.AZ

Ədəbiyyatşünas Rüstəm Kamalın doğum günüdür | MANERA.AZ

Manera.az
Bu gün tənqidçi, ədəbiyyatşünas, esseist Rüstəm Kamalın doğum günüdür.

Rustam Kamal - sadəliyi, səmimiyyəti, insanlığı ruhuna hopmuş bir şəxsiyyət. Mən Rüstəm müəllimi ilk yazılarından tanımışdım. Sonra biz manera.az-ın açılışından öncə Rüstəm müəllimdən xeyir-dua almaq üçün görüşmüşdük. Bu zaman onunla geniş söhbətimiz oldu. İlk dəfə o zaman onunla canlı ünsiyyətim.

Bilirsiniz, məncə pis insan ünsiyyət zamanı səni alcaldmağa çalışar, yaxşı insan sənin səviyyənə yenər və sənlə o cür danışar, mükəmməl insan isə səni öz səviyyəsinə qaldırıb da elə danışar sənlə. Biz söhbətimiz əsnasında özümüzü elə rahat, elə böyük hiss edirdik ki, ayrıldıqdan sonra o böyüklük yox oldu bir anlıq. Onda anladım ki, Rüstəm müəllim bizi öz yanına qaldırıb da söhbət edirmiş. Ondan imiş o böyüklük. Sonradan tədbirlərdə qarşılaşdıq bu bəylə. Və şəkillərini çəkir, hər dəfəsində göndərirdim özünə. Bu yaxınlarda Rüstəm müəllimi daha yaxından kəşf etdim. Şəkillər arasında bir şəkli dəydi gözümə.

Bilirsiniz, bəzən insanlar daxilini, gərginliyini, acısının üstünü gülüşləriylə, zarafatlarıyla örtməyə çalışarlar. Hani bəzən yükün o qədər ağır olar ki, daşımağa gücün yetməz. Yaşadıqların yaşından böyük olar bəzən və dizlərini yerə atıb uşaq kimi ağlamaq istəyərsən "Çiyinlərim ağlıyır, çiyinlərim!" deyə. Amma bizi əhatə edən insanlar vardır. Biz onlarla müxtəlif tellərlə bağlıyıq. Bir qolumuza o insanlar, bir qolumuza isə qürurumuz girər. Və heçnə yoxmuş kimi dikələrik ayağa, "Yaxşıyam" kəlməsini yamayarıq dilimizə və hər şeyə inad gülümsəyərik həyata. Çiyinlərimiz, ürəyimiz, kürəyimiz ağlasa belə biz yenə gülümsəyərik. Bu şəkil adamla bunları danışırdı. Rəsmdə bir də danışan gözlər vardı. Gözlərinə diqqət yetirdim. İllərin yorğunluğu vardı o gözlərdə, bir həsrət boylanırdı, yarım qalmış insanlar vardı orda, yarım qalmış sevgilər kimi. Birde illərin daşlaşmış kədəri. Gözünün qırağındaki o qırışların hər birində isə bir romanlıq material yatırdı. O gözlər deyirdi ki, "Siz baxmayın onun belə danışıb gülməsinə, əsib-coşmasına. Əslində çox yuxa adamdı. Xarici görünüşü idmançını xatrlatsa da, kiçik bir uşaq da onu döyə bilər, sözlə. Güclü olduğu qədər də həssas, sözə aciz biridir"- deyirdi o gözlər.
Nə isə, biz bu rəsmlə çox söhbətlər etdik. Bu rəsm məni alıb xəyalımın, düşüncəmin o ot basmış yollarıyla haralara aparmadı ki...

Hə.. az qalsın unutmuşdum. Bir də o gözlər "bu gün doğum günümdür"- dedi.

Mən Rüstəm müəllimi təbrik edirəm, "Əzabın, izdirabların, acıların, uğurların mübarək müəllim!" - deyirəm.

Doğum gününüz mübarək, həmsöhbətim olan gözlər!

Manera.az
Çinarə ÖmrayБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031