manera.az
manera.az

"Sizi Azadlığa o səs aparacaq..." Çinarə Ömray - MANERA

"Sizi Azadlığa o səs aparacaq..." Çinarə Ömray - MANERA Çinarə Ömray

Bir səs oyatdı məni bu səhər...


May səhərləri biraz fərqli açılır adətən. Pəncərədən gələn ilıq meh üzünü qıdıqlayar, quşların civiltisi, böcəklərin özünə məxsus vızıltısı qulağına bir nəğmə kimi süzülər, hələ onlar ahəstə oxuduqca dənizin ləpələrinin də həzin səsini eşidərsən. Durub bir ciyər dolusu nəfəs alarsan və həyata yarı yuxulu gülümsəyərsən. Otlar fərqli olar may səhərləri,quşların ayrıca səhər nəğmələri kimi... Və beləcə sanki nağıl dolu bir günə oyanarsan.

O səs nə dənizin, nə otların, nə də böcəklərin səsi idi. Bir səs idi ahəstə-ahəstə yanğı ilə ağu deyrdi. Bu səsə yaxınlaşdıqca səs bir addım uzaqlaşırdı. Gah qadın səsinə oxşayırdı, gah quş səsinə. Bu nədi? Mən bəlkə heç oyanmamışam? Səsin əlindən tutub gedirəm. Mənə doğmadı bu səs. Bir evlad həsrətli ana yanğısı, bir yetim quş yazıqlığı, ata qollarına susayan bir körpə qoxusu, qardaşsızlıq və nəhayətində bir millət hayqırışı var bu səsdə. Səsin nə oxuduğun anlamıram, mənə ancaq ahəngi çatır. Biraz dayanıb nə dediyinə qulaq verirəm. Asta asta deyr

Xallandı gül – butasında
nər qarnında – qartasında
bir şayiri öldürdülər
bir ölkənin ortasında
ölkə bilmədi- bilmədi


Bu səs sevgidən yetim qalan bir sərçə balasının, bu səs Azadlıq sözünə oğul qurban vermiş Şeyda nənənin səsinə bənzəyirdi. Hayqırırdı - Bir quru sözə görə oğul alarlar anadan? Bu səsin iziylə ta gedib çıxdım Eldar əminin məzarına. ...22may 1996-cı il. Ölüm günü... sadəcə susuram. Bu müləyim insasın daşlaşmış rəsmi qarşısında susub otururam. Xatirələr baş qaldırır. Keçmiş hayıma gəlir. Şeyda nənəni xatrlayıram. 2004-cü il 22 mayı...Hər il oduğu kimi Eldar əmi üçün ehsan verirdi. Nənəmlə mən getmişdik. Heç vaxt xatirəmi rahat buraxmayıb o gün. Şeyda nənə tək qalırdı. Biz gedəndə otağın qapısını da pəncərəsini də açıq oymuşdu.

Dedi:

- Heç inana bilmirəm ki, Eldar ölüb. Qapının dalını gecə də kilidləmirəm. Deyrəm birdən Eldar insafa gəlib qayıdar. Qapını bağlı görüb getməsin. Bu sözdə elə böyük bir ümid var idi ki, mən belə inanmışdım. Gedənlərin bir gün qayıtmasına. Şeyda nənə mənlə xeyli söhbət etmişdi o gün.

Deyirdi:

- Qızım, lap əvvəldən mənim hər bir günüm qayğıyla dolu olub. Mənə ilk acını həyat yoldaşım Ağayev Baxış yaşatmışdı. O xəstə idi. Həm ona baxır, həm də uşaqları dolandırırdım. O rəhmətə gedəndə Eldarın 9 yaşı var idi. Qızım Ceyran isə hələ uşaq idi. Baxış öləndən sonra bütün ümidimi Ceyranla Eldara bağladım. əsasən də Eldara. Dedim böyüyər, mənim bütün əziyyətlərimi qiymətləndirər. Mən onlara həm ata oldum, həm ana. Evdə qadın işı görürdün, çöldə kişi. Evimin damının şiferini də özüm vururdum. Oxutdum onları. Təmmiz adla böyütdüm, sənət verdim hər ikisinə.Dedim artıq böyüyüblər, rahat nəfəs ala bilərəm. lakin Allah məni dərdsiz qoymadı. Mənə ikinci zərbəni də vurdu. Bu Vətən zərbəsi idi. Biz qaçqın düşdük. Onda artıq Eldar inistutun Tarix fakultəsini bitirib , Bakıda işləyirdi. Artıq ailə də qurmuşdu. Gəlib yığışdıq onun yanına. Qızım Ceyran da inistutu qurtarmışdı. O da öz həyatını qurdu. Artıq dedim övladlarım xöşbəxtdirlər. hərəsinin əlində sənədləri, öz evləri, eşikləri. Indi rahat ola bilərəm. ancaq Allah yenə məni dərdsiz qoymadı. Bu dəfə mənə zərbə vurmadı, məni kökümdən vurub məhf elədi. Eldarımı əlimdən aldı. Eldar həsrətiylə yaşatdı məni. Bu mənim həyatımda ən böyük faciə idi. Çox ağır idi oğul dərdiylə yaşamaq. Bütün günüm ağlamaqla keçir. Çox çətindir Eldarsız yaşamaq. Eldarın oğlu Yelmar da yazır. Qorxuram bala. Mən bu yazmağdan elə qorxuramki. Eldar azadlıqdan yazırdı, vətənsizlikdən yazırdı. Yelmar atasızlıqdan yazır. Eldar atasın itirəndə uşaq idi. birinci sinifə gedirdi. Yelmar da atasını itirəndə uşaq idi. birincidə oxuyurdu. Yelmarla Eldarın çox oxşarlığı var. Yelmardan qorxuram bala Yelmardan...

“Yelmardan qorxuram bala , Yelmardan!” bu titrək səs səhərki ağu səsinə bənzədi. Və xatirələrdən ayıltdı məni. Qarşımda daşlaşmış Eldar heykəli dayanıb. Hə bir də Şeyda nənə demişdi ki, “Eldar öləcəyini bilirdi bizə vəsiyyət etdi ki, baş daşıma nə adımı, nə soyadımı yazmayın. Bir tək AZADLIQ yazın. Birdə gedin Xırdalan qəbiristanlığına, lap axırıncı təpənin başında mənə yer ayırın, ora Qubadlının xırda təpələrinə oxşayır. Birdə vəsiyyət elədi ki, mənim ruhum heç vaxt qəbirə girməyəcək, Qubadlı alınanda Bakıda qoymayın məni, aparın kədimizə!”

Eldar əminin məzarının ayaq tərəfində oturmuşam və baxıram. Bu sevgi dolu, azadlıq və nifrət dolu baxışlarıyla cansız şəkildən də nə isə demək istəyirdi . o həmişə nə isə demək istəyirdi. Ammma qoymadılar, imkan vermədilər. Necə ki, vaxti ilə Cavidə, Müşviqə imkan verməmişdilər. Qəbir daşındaki AZADLIQ sözü. Bu söz uğrunda yaşayan və ölən insan. Mən indi anladım ki, bu söz dərk etmədiyimiz elə bir qüvvəyə malikdir ki, bir insan ömürnü bu sözə qurban verdi. Ölümü ilə ölümsüzlük qazandı. Şeyda nənənin bir sözü də qulağımdan getmir. Dedi ki, “Eldarın dostları içində ən sədaqətlisi Azad Qaradərəli ilə Aqil Abbas oldu! Anar bir dəfə qızıma dedi ki, Eldarın bizdən fərqi odur ki, o fəhləylə də, sağıcıyla da, ziyalıyla da, deputatla da dostdur, amma biz bu cür deyilik.” Bu gün 2015-ci il 22may. Nə Şeyda nənə var, nə Eldar əmi. Allah sənə rəhmət etsin daşlaşmış şairim. Vaxt gələcək narahat ruhuna Azadlıq müjəsini gətirəcəm.

tək dedilər, təklədilər
qanına yeriklədilər
sonra da dərdini alıb
dağa-daşa yüklədilər
çəkə bilmədi, bilmədi
Əsim-əsimcə əsdilər
öldürməyə tələsdilər
günün günorta çağında
ağacı elə kəsdilər
kölgə bilmədi-bilmədi
Xallandı gül – butasında
nər qarnında – qartasında
bir şayiri öldürdülər
bir ölkənin ortasında
ölkə bilmədi- bilmədi


Həmin səs hələ də o boşluqdan zümzümə edirdi bu sözləri. Bu Azadlıq sözünün qurbanı olan şairin narahat ruhu idimi, övlad həsrətindən əriyib-əriyib yox olan ananın harayıdırmı, yoxsa bir sərçə balasının nakam qalmış saf sevgisinin ahu zarıdıymı. Yoxsa.....
Bir onu bilirəm ki, boşluqdan gələn bu səs heç dinməyəcək. Həmdə heç. Duyun bu səsi ey insanlar. O həqiqətin səsidir! Sizi həqiqətə o səs aparacaq! Sizi Azadlığa o səs aparacaq!

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031